Dünya
21.02.2024 / 18:08
Avropa Rusiyadan bu xammalın alışını kəskin şəkildə artırdı
42743
Avropa ölkələri 2023-cü ildə Rusiyadan azot gübrələrinin alışını artırıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Kommersant" Qiymət İndeksləri Mərkəzinin (CPI) məlumatlarına istinadən yazır. Məhsul qaz emalı məhsuludur.
Beləliklə, Rusiya azot gübrələrinin il ərzində Almaniyaya tədarük həcmi illik ifadədə demək olar ki, iki dəfə artaraq 550 min ton təşkil edib. Fransa idxalını 12 ay ərzində təxminən 25% artıraraq 440 min tona çatdırıb.
Rusiya Aİ-yə azot gübrələrinin əsas tədarükçüsü olmaqda davam edir. Bundan başqa, ilin sonunda ölkənin ümumi idxalda payı 2 faiz bəndi artaraq 24%-ə çatıb. Ekspertlər bu dinamikanı qazın qiymətinin qalxması və Avropa ölkələrinin azot gübrələrinin istehsalını azaltması ilə izah edirlər.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay