Amerikadakı ən zəngin immiqrantlar - 2025-ci ildə rekord göstərici

Redaktor

30.07.2025 13:00
111

Amerikadakı ən zəngin immiqrantlar - 2025-ci ildə rekord göstərici

ABŞ-də yaşayan milyarder immiqrantların sayı rekord həddə çatıb.

Valyuta.az xəbər verir ki, hazırda Birləşmiş Ştatlarda yaşayan və xarici ölkələrdə doğulmuş 125 milyarder ABŞ vətəndaşı var. Onlar 41 fərqli ölkədən gəlsələr də, sərvətlərini əsasən Amerikada qazanıblar. Bu immiqrantların ümumi sərvəti 1,3 trilyon dollar təşkil edir ki, bu da ABŞ-dakı ümumi milyarder sərvətinin 18 faizini təşkil edir.

Bu siyahıdakı immiqrantların əksəriyyəti texnologiya və maliyyə sektorlarında uğur qazanıblar. Onların 93 faizi öz zəhmətləri ilə varlanıb, yalnız 7 faizi sərvəti miras alıb.

Milyarder hekayələri

İlon Mask – Cənubi Afrikada doğulub, Kanadadan ABŞ-a tələbə kimi gəlib və hazırda 393,1 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanıdır.

Sergey Brin – Google-un həmtəsisçisi, Rusiyadan 6 yaşında ABŞ-a köçüb. Hazırda 139,7 milyard dollar sərvəti ilə ikinci ən zəngin immiqrantdır.

Jensen Huang – Nvidia-nın həmtəsisçisi və baş direktoru, Tayvanda doğulub, uşaqlıqda ABŞ-a köçüb. Sərvəti 137,9 milyard dollardır. 2025 siyahısında Tayvan 11 immiqrant milyarderlə İsraillə ikinci yeri bölüşür.

Lisa Su - AMD-nin baş direktoru və Jensen Huangın qohumu, Tayvandan olan yeni immiqrant milyarderlərdəndir. O, 17 qadın immiqrant milyarder arasında yer alır – bu rəqəm 2022-ci ildə 10 idi.

Maky Zanganeh - İranda doğulub, 2002-ci ildə ABŞ-a köçüb. Hazırda “Summit Therapeutics” biotexnologiya şirkətinin həmtəsisçisi və baş direktoru kimi fəaliyyət göstərir. Şirkətin ağciyər xərçəngi dərmanına dair nailiyyəti onu milyarderlər sırasına yüksəldib.

Hindistandan yüksəliş

Hindistan da 2025-ci il siyahısına ən çox yeni immiqrant milyarder əlavə edən ikinci ölkə olub (5 nəfər). Hazırda 12 hindistanlı immiqrant milyarder var. Bunlara “Alphabet”in baş direktoru Sundar Pichai, “Microsoft” rəhbəri Satya Nadella və “Palo Alto Networks”un baş direktoru Nikesh Arora və.s daxildir.

Təhsillə gələn uğur

Bir çox milyarder ABŞ-a təhsil üçün gəlib və ölkəni tərk etməyib. Məsələn, Jay Chaudhry (kibertəhlükəsizlik sahəsində), Shahid Khan (avtomobil hissələri istehsalı və NFL klubu sahibi) və Noubar Afeyan (Moderna şirkətinin həmtəsisçisi) təhsillərini və karyeralarını ABŞ-də qurublar.

Noubar Afeyan immiqrant düşüncə tərzini belə izah edir: “İmmiqrantlar hər şeyə sıfırdan başlamağın nə olduğunu bilir. Onlar heç nəyə layiq olduqlarını düşünmür, hər şeyə nail olmaq üçün çalışırlar. Bu düşüncə uğurun açarıdır”.

Ən uğurlu immiqrantlar hansı sahədədir?

– Texnologiya: 53 milyarder
– Maliyyə: 28 milyarder
– Ən çox immiqrant milyarderi olan ölkələr: Hindistan (12), Tayvan (11), İsrail (11)
– Qadın immiqrant milyarderlər: 17 nəfər

Sərvanə Rəmixanova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...