Dürüstlük və sadəliklə qurulan 60 milyon dollarlıq biznes - <span style="color:#008000">SƏHƏR</span> <span style="color:#008000">OXUSU</span>

Redaktor

25.07.2025 08:30
168

Dürüstlük və sadəliklə qurulan 60 milyon dollarlıq biznes - SƏHƏR OXUSU

Amerikalı iş adamı və sosial media mütəxəssisi Gary Vaynerchuk dünyanın ən nüfuzlu marketinq mütəxəssislərindən biri hesab olunur.

Valyuta.az xəbər verir ki, o, atası ilə birgə idarə etdiyi "Wine Library" adlı içki dükanını sadə bir "YouTube" layihəsi – "Wine Library TV" vasitəsilə qlobal səviyyəyə çatdıraraq, biznesin illik gəlirini 3 milyon dollardan 60 milyon dollara qədər artırıb.

Gary-nin əsas uğur strategiyası sosial media platformalarında real vaxtda dürüst və səmimi məzmun yaratmaq, izləyicilərlə daim əlaqədə olmaq və onlara satış deyil, dəyər vermək üzərində qurulub. Bu prinsip onun şəxsi brendinin formalaşmasında və güclənməsində əsas rol oynayıb

"Wine Library TV" platformasında o, elit və qapalı şərab dünyasını daha geniş kütləyə çatdırmaq üçün mürəkkəb terminologiyanı bir kənara qoyaraq, hər kəsin başa düşə biləcəyi sadə və əyləncəli dildə danışmağa başladı. Bu, həm izləyici sayını artırdı, həm də insanlarda onun dürüstlüyünə inam yaratdı

İzləyicilər özlərini “Vayniacs” adlandıraraq onun ətrafında bir cəmiyyətə çevrildi. Gary isə onları yalnız potensial müştəri deyil, real icma kimi qəbul etdi

Gary Vaynerchuk-un əsas strategiyası aşağıdakı üç prinsip üzərində qurulub

"Underpriced attention" – reklam və məzmunun hələ tam dəyərləndirilmədiyi platformalarda tez mövqe tutmaq

"Storytelling" – satışdan daha çox, məhsul və brend ətrafında maraqlı və emosional hekayələr danışmaq

Davamlılıq – gündəlik, ardıcıl məzmun paylaşmaqla izləyicilərin inamını qazanmaq

O, bir çox sahibkar və marketoloqa tövsiyə edir ki, marketinq yalnız kampaniya və reklamla məhdudlaşmamalıdır. Əsas hədəf uzunmüddətli etibar qazanmaq və brendin arxasında dəyərli bir hekayə qurmaqdır

Gary Vaynerchuk-un beş əsas məsləhəti

Satmaq əvəzinə dəyər verin – izləyiciləriniz sizi reklam vasitəsi yox, dəyər mənbəyi kimi görsün

Platformaları erkən kəşf edin – yeniliklərə açıq olun, zamanında adaptasiya edin

Səmimi olun – müştəri ilə münasibətdə dürüstlük ən güclü marketinq alətidir

İcma yaradın – izləyicilərinizlə daimi əlaqədə olun, onları sadəcə auditoriya kimi deyil, brendin bir parçası kimi görün

Davamlı məzmun yaradın – sabitlik və təkrarlanma etibar formalaşdırır

Gary Vaynerchuk-un uğuru bir daha göstərir ki, rəqəmsal dünyada fərqlənmək üçün yüksək büdcəyə deyil, doğru strategiyaya ehtiyac var. Dəyər yaratmaq, şəffaf olmaq və insanlarla səmimi münasibət qurmaq – bu, həm şəxsi brendin, həm də biznesin davamlı inkişafına zəmin yaradır. 

Mayya Hüseynova 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...