Biznes
09.01.2025 / 17:12
Azərbaycanın şərab milyonçuları: Bir ildə şirkətindən 12 mln. manat dividend əldə edib
62882
Azərbaycanda alkoqollu və alkoqolsuz içki istehsalı ilə məşğul olan A+Co ASC (Xırdalan Şərab Zavodu) sahibinə 12 mln. manata yaxın dividend ödəyib.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, ASC yeganə səhmdarı olan Nəbiyev Elbrus Ənvər oğluna 2023-cü ildə 11 milyon 728 min manat məbləğində dividend ödəyib.
Qeyd edək ki, Elbrus Nəbiyev həmçinin, "Diadem" ASC tikinti şirkətinin əsas səhmdarıdır (75% pay).
Xatırladaq ki, A+Co ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb, onun nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Xanoğlan Məsim oğlu Qasımovdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay