"Kapital Bank” yaxın 3 il üçün strateji planının layihəsini müzakirə edəcək
Aprelin 1-də, saat 11:00-da “Kapital Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Yığıncaq bankın Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşviq küçəsi, 2E ünvanında yerləşən inzibati binasında olacaq.
Yığıncağın gündəliyinə “Kapital Bank”ın ötən ilin yekunlarına dair maliyyə hesabatının təsdiq edilməsi, səhmdarlarına dividend ödənilməsi, 2021-2023-cü illər üçün strateji baxışının, misiyya bəyanatının, o cümlədən onun əsasında strateji planının layihəsinin müzakirə olunması, Fərid Məmmədovun yenidən Bankın Müşahidə Şurasına üzvü seçilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. Onun nizamnamə kapitalı 225,85 milyon manatdır. Bankın səhmlərinin 87,7%-i "PAŞA Holdinq" MMC-yə, müvafiq olaraq 8,1%-i və 4,1%-i holdinqə daxil olan "PAŞA Sığorta" və "PAŞA Həyat Sığorta" ASC-lərə, 0,1%-i isə fiziki şəxslərə məxsusdur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay