"Fitch Ratings” Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı
Azərbaycanın xarici kreditor kimi xalis mövqeyi 2024-cü ildə ÜDM-in 153 %-nə çataraq “BBB” kateqoriyasında suveren emitentlər arasında ən yaxşı göstərici olub.
Valyuta.Az xəbər verir ki, bu, “Fitch Ratings”in Azərbaycanın kredit reytinqinin təsdiqlənməsi barədə hesabatında əksini tapıb.
Hesabata əsasən, 2024-cü ildə Azərbaycanın cari hesab profisiti iki dəfə azalaraq ÜDM-in 6,5 %-nə düşsə də, bu, yenə də “BB” kateqoriyalı ölkələr arasında ən yüksək göstəricidir. “Fitch” qeyd edir ki, neft qiymətlərinin azalmasına baxmayaraq, ölkə 2025-2026-cı illərdə ÜDM-in 6,2 %-i səviyyəsində nisbətən yüksək cari hesab profisitini qoruyacaq. Bu, neft və qaz gəlirlərinin ümumi ixracın 89 %-ni təşkil etməsinə baxmayaraq, valyuta aktivlərinin mülayim səviyyədə yığılmasını dəstəkləyəcək.
“Fitch”in qiymətləndirməsinə görə, Azərbaycanın konsolidə edilmiş büdcə profisiti 2024-cü ildə əhəmiyyətli dərəcədə azalaraq ÜDM-in 1 %-nə düşəcək (2023-cü ildə bu rəqəm ÜDM-in 7,8 %-i idi). Bu azalma əsasən xərclərin kəskin artması ilə bağlıdır və qismən qeyri-neft gəlirlərinin artması, eləcə də Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərindən gələn gəlirlər hesabına kompensasiya olunur.
Agentlik qeyd edir ki, 2025-2026-cı illərdə konsolidə edilmiş büdcə profisitinin sabit qalacağı gözlənilir. “Neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq, qeyri-neft gəlirlərinin artması, o cümlədən pandemiya dövründə tətbiq edilən vergi güzəştlərinin ləğvi, büdcənin dayanıqlığını təmin edəcək. Qarabağla bağlı xərclərin azalacağı ehtimal olunsa da, sosial ödənişlər və müdafiə xərcləri büdcəyə təzyiqi davam etdirəcək ki, bu da dövlət xərclərinin əhəmiyyətli azalmasına mane olacaq”, - hesabatda deyilir.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay