BAKU Azərbaycan
28.03°C
  • USD
    1.7
  • EUR
    1.94
  • RUB
    2.1438
  • TRY
    0.0432
  • GBP
    2.3031
48714

Ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 2023-2024-cü tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadaları başa çatıb. Ümumilikdə 62 mindən çox şagirdin qeydiyyatdan keçdiyi olimpiadalar 8-11-ci sinif şagirdləri arasında, 8 fənn üzrə, 143 mərkəzdə təşkil edilib. Şagirdlər biliklərini Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə 3 turda sınayıblar.

24 fevral 2024-cü il tarixində Respublika Fənn Olimpiadalarının respublika mərhələsinin yarımfinal turu keçirilib. Bu turda ümumilikdə 10 997 şagird iştirak etmək hüququ qazanıb. 28 aprel-7 may 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən final turunda isə bu mərhələyə qatılan 1000-ə yaxın şagirddən 490 nəfəri qalib olub. Olimpiadanın nəticələri portal.edu.az platforması üzərindən elan edilib.

Təhsilə dəstək Kapital Bank-ın strateji planının bir hissəsidir. Məktəblilərin motivasiyası bu istiqamətdə xüsusi yer tutur. Bank bu kimi layihələrə dəstək olmaqla istedadlı şagirdləri aşkar etmək, onların bilik və bacarıqlarını üzə çıxarmaq, eləcə də çalışqanlığı ilə seçilən məktəbliləri qiymətləndirməyi hədəfləyir. Artıq 7-ci təhsil ilidir bu layihəyə sponsorluq edən Kapital Bank-ın məqsədi şagirdləri ali təhsil almağa motivasiya etmək və uğurlu təhsil həyatının ardından onları əmək bazarına peşəkar mütəxəssis olaraq qazandırmaqdır.  

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

BSM “Sədərək Firması”ndan 15 min manatlıq su alır

Alimlər 5700 il enerji doldurulmadan işləyən batareya hazırladı

"Google"un süni intellekt rəhbərindən tələbələrə tövsiyələr

Bu serialdan sonra Türkiyəyə daha çox turist gələcək

“Atabank”ın əmlakı hərraca çıxarılır

İyulun 1-də bu şəxslər əsgərliyə aparılacaq - SİYAHI

Sabah 36 dərəcə isti olacaq

Alimpaşa Məmmədovun 11 milyonluq əmlakları ilə bağlı qərar verildi

Ağdamda velosiped istehsal ediləcək

"Apple"dan gizli yenilik: Cihaz yaxın aylarda satışa çıxarılacaq

İsa Həbibbəylinin aylıq maaşı nə qədərdir?

5 ildə kafe restoran xərcimiz 550 milyon manat artıb - Hazırkı rəqəmlər

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

İrandan 59 qəpiyə aldığımız məhsulu Səudiyyə Ərəbistanına 48 manata satmışıq

Sənədsiz evlər üçün "əmlak amnistiyası" tətbiq olunacaq? - VİDEO

2026-cı ildə keçiriləcək “Formula-1” üzrə Azərbaycan Qran-prisinin vaxtı açıqlandı

Əsgərlikdən yeni gəldi, dekan müavini təyin edildi

Qızıl qiymətinə gilas - Yay meyvələri niyə bu qədər bahadır?

Dünən bank kartlarından oğurluq edilməyib

Direktorsuz məktəblərdə attestatları kimlər imzalayır? - RƏSMİ

Müavinət və təqaüdlər bu tarixdə artırılacaq

Bu imtahanda iştirak etmək üçün qeydiyyat başa çatır

Artıq “Gənclik Mall”un qabağında taksiyə minib-düşə biləcəyik

Gələn aydan bu ödənişlərdə ƏDV-nin yarısı geri qaytarılacaq

"Google" şəxsi nömrələri ifşa edən boşluğu bağladı

Niyə varlılar pulu daha ehtiyatla xərcləyirlər?

Azərbaycan neftinin qiyməti 71 dollara yaxınlaşıb

“Azərbaycanda marka yaratmağa ən böyük əngəl Sədərəkdir” - 17 illik Azərbaycan təcrübəli Burak Kölemen

“Azərbaycanda marka yaratmağa ən böyük əngəl Sədərəkdir” - 17 illik Azərbaycan təcrübəli Burak Kölemen

"OpenAI" illik gəlirini 10 milyard dollara çatdırdı

Gündəlik 400-500 manat dövriyyəsi olan obyekt satışa çıxarılıb - QİYMƏT

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin