Avto
06.10.2021 / 13:05
“Volvo” 461 min avtomobili geri çağırır
18850
İsveçin aparıcı avtomobil istehsalçısı - “Volvo" şirkəti təhlükəsizlik yastıqlarındakı problemlə bağlı dünya üzrə 460,7 mindən çox avtomobili geri çağırır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunlar 2000-2009-cu illərdə buraxılmış “S60” və “S80” modelləridir.
Onların yarıdan çoxu ABŞ-da satılıb.
Xatırladaq ki, daha əvvəl şirkət təhlükəsizlik kəmərlərindəki nasazlıqdan dolayı 2006-2019-cu illərdə istehsal olunmuş “S60”, “S60L”, “S60CC”, “V60”, “V60CC”, “XC60”, “V70”, “XC70”, “S80” və “S80L” modellərindən olan 2,1 milyona yaxın avtomobili geri çağırmışdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay