BAKU Azərbaycan
11.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8544
  • 1 Rusiya rublu
    0.0191
  • 1 Türkiyə lirəsi
    0.0588
  • 1 İngiltərə funt sterlinqi
    2.1489

Bir neçə müddətdir ki, dövlət satınalmalarının vahid internet portalında elan edilən iriməbləğli tenderlər və qaliblərli ilə bağlı xəbərlər dərc edilir.

Son günlər isə yazdığımız xəbərlərdə bəzi məqamlar diqqətimizi cəlb etməkdədir. Həmin tenderlərin qalibi olan şirkətlərləri araşdırarkən məlum olur ki, bir çoxu nizamnamə kapitalı 10-100 manat arasında kiçik məbləğlərə sahib olan MMC-lərdir. 

Bir neçə gün əvvəl daha ətraflı məlumat almaq üçün həm adıçəkilən portala, həm də İN yanında Dövlət Vergi Xidmətinin “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” və “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatların verilməsi” bölmələrinə baxış keçirdik və bir çox qaranlıq məqamlara aydınlıq gətirdik. 

Aydın oldu ki, bəzi şirkətlər hansısa dövlət orqanının satınalmalarla bağlı tenderindən bir neçə gün əvvəl yaradılır, dövlət qeydiyyatına alınır və nizamnamə kapitalı kimi ən azı 10 manat müəyyən edilir. Tender başlayan kimi isə həmin şirkət müsabiqəyə qoşulur, qısa müddətdə yüksək məbləğli tenderin qalibi olur və aralarında böyük bir satınlama müqaviləsi imzalanır.

Belə bir sual yaranır: 

Nizamnamə kapitalı 10 manat və digər kiçik məbləğə malik şirkətlər hansı əsaslarla çox milyonluq tenderin qalibi olurlar? “Dövlət satınlamaları haqqında” qanunda bu və digər məsələlər necə tənzimlənir? 

Bizim.Media-nın bu və digər suallarını cavablandıran hüquqşünas Əsabəli Mustafayev, son illər ən böyük büdcə yeyintilərinin tenderlərdə baş verdiyini diqqətə çatdırıb:

“Həmin tenderlər elan olunaraq formal şəkildə ictimailəşdirilsə də, “qara mətbəxləri” var və bütün məsələlər burada həll olunur. “Dövlət satınlamaları haqqında” qanunda tenderlərlə bağlı məsələlər tam açıqlanmayıb və açıq qalan məsələlər var. 

Bir çox mütəxəssislər, qurumlar və ya QHT-lər dəfələrlə qanuna dəyişikliklərin edilməsini, ən azı 10 illik iş təcrübəsinə malik olan şirkətlərin tenderlərdə iştirakı, maliyyə dövriyyəsi və maliyə idarəçiliyi, texnoloji resursları və avadanlıqları, texniki vasitələri və kadr potensialı haqqında məlumatların da mütləq əks olunmasını da təklif ediblər. Ancaq təkliflər qulaqardına verilib və qanunda heç bir dəyişiklik edilməyib. 

Buna görə də dünən yaradılmış müəssisə bu gün rahatlıqla tenderdə iştirak edir. Amma adi bir QHT müsabiqəyə qoşulanda, ondan layihəsinə maliyyə dövriyyəsi və təcrübəsi, gördüyü iş və hansı layihələri həyata keçirməsi ilə bağlı məlumatları əks etdirməsi tələb olunur. Bir çox hallarda aidiyyatı dövlət orqanlarına sorğular göndərilsə də, həmin müəssisələrin təsisçiləri haqqında da məlumat almaq olmur. Üstəlik, mövcud qanunvericilik də bu halları qadağan etmir”. 

Tenderin qaydaları ilə bağlı bəzi məlumatları diqqətə çatdıran ekspert bildirib ki, iştirakçı olan şirkətin müəyyən miqdarda vəsaiti olmalıdır:

“Şirkət bunun ən aşağısı 2 faizini ayıraraq bank hesabında yatırmalıdır ki, bu da təxminən 20.000 manat deməkdir. Bundan sonra tenderdə iştirak etmək hüququ qazanmalıdır. Amma bu qaydaya əməl olunmur və bank hesabında ən kiçik məbləğlər olan şirkətlərə də pul ayrılır. Bu şirkətlər birdəfəlik şirkətlərdir və tenderlərdə iştirak etmək üçün yaradılıb. Tenderdə qalib gəlirlər, əldə etdikləri vəsaitləri aralarında bölüşdürürlər, sonra isə ləğv olunurlar. Bununla da həm vergilərdən, həm də gələcək yoxlamalardan yayınırlar”. 

Şirkətlərin bir çoxunun tenderi keçirən dövlət orqanlarının və nazirliklərinin rəhbərlərinə aid olduğunu söyləyən hüquqşünas, yaxın keçmişdə icra hakimiyyəti və orqanlarında baş verən həbsləri xatırladıb:

“Nazirliklərdə, komitələrdə və icra hakimiyyətlərindəki həbslərlə bağlı mətbuatda xeyli məlumat yayıldı. İstintaq materialları da göstərir ki, həbs olunan məmurların bir çoxu tender əməliyyatlarında böyük vəsaitlərin yeyilməsində və korrupsiya hallarının baş verməsində iştirak edənlərdir. Kiçik məbləğli şirkətlərin çoxu da dolayısı ilə ya həmin şəxslərə bağlıdır, ya da yaxın qohumlarına, tanışlarına məxsusdur”. 
 

Son xəbərlər

Milyarder "pulum yoxdur" deyib, kosmos uçuşlarına dəstəyini dayandırdı

Rövşən Nəcəf: "2050-ci ilə qədər “Xalis sıfır” hədəflərinə çatmaq SOCAR-ın əsas məqsədlərindəndir"

Qızılcadan ölən 2 yaşlı uşağın peyvənd olunmadığı məlum olub

Pentaqon ABŞ-da silah istehsalının sürətindən razı deyil

Uğurlu olmağı bacaran 10 ən absurd biznes ideyası

Rəşt-Astara dəmir yolu tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdıracaq

Vergilər azaldıldı, bəs qiymətlər?

Dünya Bankı gəlirinin 45 faizini iqlim dəyişikliyi ilə mübarizə üçün xərcləməyi planlaşdırır

İrəvanı bu vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

İrəvanı bu vəziyyətdən yalnız Azərbaycan xilas edə bilər

Azərbaycan və İranda tranzit yükdaşımalar artıb

Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq

Bir alıcı bu avtomobil üçün 142 milyon dollar ödəyib - Hərraclarda satılan ən bahalı 9 avtomobil

Sabah 23 dərəcə isti olacaq

Qubada narkotikin təsiri altında avtomobil sürənlərin sayı açıqlanıb

Bakının bu küçəsində yolda məhdudiyyət tətbiq edildi (FOTO)

7 saniyədə diqqət çəkən CV-də yazmalı olduğumuz 3 məlumat

Əhalinin nəzərinə: Bakının bu ərazilərində su olmayacaq

Bakıda bu il nə qədər məhsul istehsal olunub?

Bu kitabla uğur və ya uğursuzluğunuzu müəyyən edə biləcəksiniz – Biznes kitabları

30 yaşına kimi evdən çıxmayan qız bu gün şəxsi biznesini qurub

Azərbaycanın Hindistana neft ixracından gəliri 47% azalıb

Əhalinin həddən artıq kartdan istifadəyə yönəlməsinin mənfi cəhətləri də var

Dövlət Komitəsi gömrük limitinin 300-dən 150 dollara endiriləcəyi xəbərlərinə aydınlıq gətirib

Gələn ildən bu avtomobillərin Azərbaycana gətirilməsi qadağan ediləcək- Qiymətlər bahalaşacaq

Mikayıl Cabbarov: “Azərbaycanda mühüm iqtisadi dəyişikliklər baş verib”

Azərbaycanda bitki yağları ucuzlaşdı - Səbəb odur ki...

“Netflix”i dünyanın ən populyar onlayn platformasına çevirən biznes sirrləri

Yeni direktor gəldi, birinci müavin işdən çıxdı

Yeni direktor gəldi, birinci müavin işdən çıxdı

Qızılcanın insanlar üçün yaratdığı təhlükə açıqlandı

Bütün xəbərlər