BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8303
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0526
  • 1 İngiltərə funt sterlinqi
    2.1341
46968

Honq Konqdan olan, adı açıqlanmayan zəngin bir kolleksiyaçı bu “Porsche 918 Spyder”i təxminən 850.000 avroya alıb. 

Valyuta.az xəbər verir ki, avtomobil cəmi 70 km yol qət edib, amma akkumulyatoru artıq dəyişilib. Bəs bu necə baş verib?

Şəkillərdə gördüyünüz “Porsche 918 Spyder”in “həyatı” onun istehsalçılarının təsəvvür etdiyi kimi getməyib. Brendə görə, o, bənzərsiz sensasiyalar göstərən və getdiyi yerlərdə bütün diqqətləri, baxışları cəlb edən bir maşın olmalı idi . Amma bunun əvəzinə o, doqquz il qarajın qaranlığına məhkum edildi. Səbəb isə ən şıltaq kolleksiyaçılar arasında rast gəlinən bir şeydir - istədikləri avtomobilə sahib olmaq və bu prosesdə onu dəyərindən qat-qat baha qiymətə sataraq pul qazanmaq.

Lakin milyarderlər arasındakı bu tendensiya indi bir çox super idman avtomobillərinin hibrid olduğuna görə, həmişəkindən daha çox problem üzə çıxarır. Artıq bir adama maşın almaq kifayət etmir. Çünki 10 il sonra, onu satmaq istəyəndə, təkərləri, yağı, filtrləri, akkumulyatoru və kəmərləri dəyişdirmək üçün markanın rəsmi mərkəzinə aparmalı olurdun. İndi isə elektrik mühərriklərinin gücləndirilməsi, avtomobillərə batareya əlavə edilməsi, əlavə problemlər yaradır. Bunu yaxşı başa düşən “Spyder”in sahibi hələ 2015-ci ildə Honq Konqa gələn dörd  “Porsche 918 Spyder”dən birini almaq fürsəti qazanır. O, avtomobili bəzi vacib əlavələrlə birlikdə metal, “Rhodium Silver” rəngində sifariş etdi. Əlavələr arasında “Burmester stereo” səsgücləndiricisi, “Porsche Car Connect” avtomobil izləmə sistemi, yanğınsöndürən və ön lift də var idi. Ancaq hər şeydən əvvəl, o, “Weissach paketi” ilə (kollektorlar üçün demək olar ki, vacib bir detal) sifariş etdi. Bu da mərkəzi kilidli maqnezium təkərləri quraşdırmaqla avtomobilin çəkisini 45 kq yüngülləşdirən detaldır. Təkcə bu “Weissach paketi”nin hazırkı qiyməti təxminən 80.000 avroya başa gəlir. Lakin o, avtomobili dilerdə qeydiyyatdan keçirmədi. Çünki artıq qərarını vermişdi - bu maşından istifadə etməyəcəkdi. Sahibi avtomobili aldıqdan sonra evakuatorla evə apardı və qarajın qaranlığına məhkum edib, “zaman kapsulu” kimi saxlamağa başladı.

Bununla belə, sahibi 2022-ci ilin iyul ayından, o vaxt cəmi 38 kilometr yol qət etmiş (zavoddan dilerə çatdırılana qədər gedilən yol) avtomobilə müntəzəm texniki qulluq göstərdi. 2024-cü ildə isə onu satmaq qərarına gəldi. Lakin doqquz ildir doldurulmayan batareya artıq “ölü” idi. Onun akkumlyatorları böyük deyil, çünki 6,8 kVt/ saatla hibrid elektrik rejimində yalnız 32 km yol qət etməyə imkan verir. Amma cəmi 280 at gücü olan və ön ox üzərində fəaliyyət göstərən iki elektrik mühərrikini gücləndirmək lazım idi. Beləliklə, əgər o, avtomobilin mühərrikinin kataloqda göstərilən 887 at gücünə çatmasını və 4,6 litrlik V8 mühərrikinə 608 at gücü əlavə etmək istəyirdisə, ömür boyu bir dəfə, cəmi 70 km sürülmüş avtomobilin batareyalarını dəyişməkdən başqa çarə yox idi.

Akkumulyatorun dəyişdirilməsi ilə bağlı araşdırmalarda üzə çıxan hesab-fakturalarda qiymət gizlədilib, yalnız avtomobil sahibinin məlumatları görünüb. Bildirilir ki, batareyanı dəyişdirmək əvvəllər sahibinin heç marağında da olmayıb. Avtomobil ona 850.000 avrodan bir qədər çox məbləğə başa gəlmişdi (ən azı İspaniyada bu qiymət idi) və bir müddət öncə “RM Sotheby”s tərəfindən hərraca çıxarılıb. Təxmini qiymət isə 1,4-1,9 milyon avro arasındadır. İndi onu onu zövq, yoxsa spekulyasiya üçün alacaqlar, bunu zaman göstərəcək.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Kino” məhkəməyə verildi

Bu il ən çox satılan smartfonlar açıqlandı (SİYAHI)

Çin rekord sürətlə qızıl almağa davam edir

Dünyada neft bazarında ciddi qıtlıq yaşanır

Hindistan qlobal yarımkeçirici bazarına daxil oldu

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

İrsi korluğun müalicəsinin yeni üsulu tapıldı

Xəzinədarlıq Agentliyi 1 milyonluq proqram təminatı alır

"Apple" tarixində ilk: "iPhone 16 Plus" 7 rəngdə olacaq

"Azərbaycan Beynəlxalq Bankı" məhkəmə qarşısında

Yevgeni Priqojinin “Concord” şirkəti əmlakını satır

"Təbriz" MTK məhkəməyə verildi

Məhkəmənin qərarı ilə “Uniper”in Rusiyadakı aktivlərinə həbs qoyula bilər

Lənkəranın yollarını təmir etməyə şirkət tapılmadı

Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)

“Ukrnafta” Rusiyanın “Tatneft” şirkətinin aktivlərini idarə etməyə başlamaq istəyir

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Daha bir jurnalist vəzifəyə təyin olundu (FOTO)

Aİ Rusiya aktivlərindən yığılan gəlirin 90%-ni Kiyevə verməyə razılaşdı

Bu halda cərimə oluna bilərsiniz - Prezident təsdiqlədi

Britaniya sanksiyalardan yan keçib, 2,2 milyardlıq Rusiya nefti alıb

”Ege Hospital”da tibbi sertifikasiyadan keçməyən işçilər çalışır?

Kapital Bank-ın Laçın filialının açılışı baş tutdu ®

Bakıda fantastik qiymətə ev kirayə verilir (FOTO)

Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Bu il sosial sığorta yığımları 1,8 mlrd. manatı ötüb

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu

Azərbaycanda ən böyük sahibkarlıq subyektləri hansı şəhərdədir? – TOP 5

Suqovuşandakı 5 mərtəbəli yaşayış binalarının tikintisi başa çatır

“Caspian Agro 2024” sərgisi çərçivəsində "GreenAgroHack" hakaton yarışması keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin