BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
47589

“Elektromobillərin yeni model olaraq istifadəsi, bəzi xüsusiyyətləri problemli məsələlər sinifinə aiddir. 

Əsas problem isə onların batareyalarının utilizasiyasıdır”. 

Bu sözləri Valyuta.az-a nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib. 

Ekspertin sözlərinə görə, elektromobillərin batareyalarının utilazasiyası ilə bərabər  enerji saxlaya bilməməsi də problemdir: 

“Bu da həmin nəqliyyat vasitəsi üçün əlavə problem yaradır. Bu avtomobillər benzin və dizel ilə işləyən avtomobildən ekonomiya baxımdan daha güclü olmalıdır. Lakin belə olmadığı üçün daha çox xərc tələb edən avtomobillər sinfinə aid ola bilər”.

Aslan Əsədov bildirib ki, bu batareyaların tərkibində olan radioaktiv maddələr təbiətdə çirklənmələrə səbəb olur:

“Bu problemlərin də aradan qaldırılması üçün uzun zaman və proses lazımdır. Bu da alternativ olaraq özünü doğrultmayan məsələdir. 

Ona görə də düşünürəm ki, gələcəkdə daha çox elektromobillərin  batareya təminatının yenilənməsi üzrə iş gedəcək. Hazırda beyin institutları bu avtomobillərin batareyalarının təkmilləşməsi üzərində çalışırlar. Avtomobillərlə bağlı müxtəlif təkliflər var. Bu təkliflərdən ən ağlabatanı isə benzinlə işləyən avtomobillərin mühərrik sisteminin yenidən qurulmasıdır. Daha az yanacaq, daha çox məsafə. 

Çünki benzin və dizellə işləyən avtomobillər bizim həyatımızda hər zamankı tələbatı ilə qalacaq”. 

Aslan Əsədov qeyd edib ki, elektromobillərdən istifadə edən insanların gələcəkdə səhhətlərində bir mənalı şəkildə problemlər yaranacaq:

“Bizə rentgen şüalanmasını həkimlər ildə 1-2 dəfə məsləhət görürsə, bu avtomobillərdən hər gün istifadə hansı nəticələrə gətirib çıxara bilər, bunu fikirləşmək lazımdır. Bu təhlükə hibrid avtomobillərə də aiddir. Onların da istifadəsi zamanı nə qədər çox batareyadan istifadə olunursa, o qədər çox təhlükə deməkdir. 

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin