BAKU Azərbaycan
23.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8459
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0528
  • 1 İngiltərə funt sterlinqi
    2.1606
47270

Ötən il ərzində Azərbaycanda 3 min 738 ədəd minik, 799 ədəd yük avtomobili istehsal olunub. Bu, əvvəlki ilin göstəriciləri ilə müqayisədə müvafiq olaraq 82,4 % və 88,4 faiz çoxdur. Təkcə bu ilin üç ayında 607 ədəd minik, 200 ədə yük avtomobili istehsal olunub. Yerli avtomobil istehsalı ildən-ilə artır. "Fitch Solutions" (FS) şirkətinin araşdırma qrupunun hesabatında bildirilib ki, 2033-cü ilə kimi Azərbaycanda avtomobil istehsalı illik 100 min ədədə yaxınlaşacaq. 

Bəs yerli istehsal olan avtomobillərin sayının artması avtomobil bazarına necə təsir edəcək?

Bu barədə Valyuta.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bu, çox optimist proqnozdur və bunun real olması yaxşı hal olar:

“Qarşıdan gələn növbəti 9 il ərzində biz avtomobil istehsalını bu saya çatdıra bilsək, demək ki, xaricdən asılılığımız azalacaq və bu, daxili avtomobil bazarına müsbət təsir edəcək. Bu gün ölkəmizdə istehsal olunan minik avtomobillərinin sayı təxminən 2 min ədəddir. Bu da ümumi tələbatın heç 5 faizini təşkil etmir”.

Bunun qiymətlərə olacaq təsirindən danışan ekspert deyir ki, qiymətlə bağlı danışmaq hələ çox tezdir:

“Biz 5 ildən sonra dünyanın avtomobil sənayesində nələr baş verəcəyini bilmirik. Bunu proqnozlaşdırmaq çətindir. Çünki avtomobil bazarının və avtomobil sənayesinin inkişafı bir çox amillərdən asılıdır. Ona görə də hələ, qiymətlərlə bağlı nəsə demək olmaz”.

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İranda prezident seçkilərinin tarixi təsdiqlənib

İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır

Yağış intensivləşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanda sığorta yığımlarının həcmi 543 mln. manata çatıb

Məşğulluq üçün verilən əmlakın satışı - Dövləti aldatmaq necə “asanlaşıb?” - ARAŞDIRMA

62 ildən sonrakı söküntüdən - Video

62 ildən sonrakı söküntüdən - Video

Azəbaycanla bu ölkə arasında ixtisas diplomları qarşılıqlı tanınacaq

Davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb

“Özbəkneftqaz” “Şahdəniz” layihəsinə daxil ola bilər

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Parlamentin növbəti iclası mayın 24-də keçiriləcək

Bu qurumun işçilərinə konpensasiya veriləcək

Azərbaycan beynəlxalq təşkilata 1,7 milyon manat üzvlük haqqı ödəyəcək

Bakı aeroportuna işləyən avtobusların intervalı azaldıldı

Bugünkü hərracda tələb 80 milyon dollara yaxın olub

Azərbaycanda xarici investisiyalı MMC-lərin dövlət qeydiyyatı elektron qaydada aparılacaq

COP29-la bağlı vergi güzəştlərinin tətbiq edilməsi təsdiqlənib

Nikahın pozulmasının qeydə alınmasına görə yeni rüsum müəyyənləşir

Bu tarixdən bazarda UCUZLAŞMA OLACAQ - Mənzil almaq istəyənlərin DİQQƏTİNƏ!

Xaricdən aldığımız buğdanın qiyməti ucuzlaşıb – Rəqəmlərdə azalma

Şengen vizasının qiymətləri iyunun 11-dən 12% artacaq

Gələn ay Bakı Enerji Forumu keçiriləcək

“Bakı Kristal Zalı”na yeni direktor təyin edildi

Xaricdən 40 min ton artıq gübrə almışıq – Qiyməti kəskin ucuzlaşıb

Mərkəzi Bankın yoxlaması ilə "PSG Finans"ın rəhbər şəxsi 50 min cərimələnib

Təyyarə pilotları niyə ayrı yeməklərlə qidalanırlar?

“Finca Azerbaijan” 20 min manat cərimələnib

İclasa gecikən işçi ilə rəhbərlik necə davranmalıdır?

Bakıda “5-ci yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin