Yanvardan evlərin qiyməti ucuzlaşacaq?

Redaktor

22.11.2025 18:37
292

Yanvardan evlərin qiyməti ucuzlaşacaq? – Açıqlama

“Yanvar ayından hər hansı ucuzlaşma ehtimalı proqnozlaşdırılmır. Sadəcə 2026-cı il xərclərin optimallaşdırılması ili olacaq və yeni yanaşma metodlarını görəcəyik. Bu da daşınmaz əmlak bazarına təsir göstərəcək”.

Bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

AQC sədri əlavə edib ki, gələn il bir sıra yerlərdə söküntü prosesləri davam edəcək, eyni zamanda yeni binalar tikiləcək:

“Həmçinin bəzi söküntü olan yerlərdə binaların yerində parkların salınması planlaşdırılır. Buna görə, daşınmaz əmlak bazarına müraciətlərin sayı heç də az olmayacaq.

Daşınmaz əmlakın dəyəri o zaman stabilləşir və yaxud aşağı düşür ki, ölkədə birja formalaşsın, vətəndaşlar investisiyanı şirkətlərə, banklara yatıra bilsin və öz aylıq, illik gəlirlərini əldə edə bilsin. Hələlik birja tam formalaşmadığına görə daşınmaz əmlak və o cümlədən zinət əşyaları, xüsusən də qızıl yeganə vasitədir ki, vətəndaşlar və sahibkarlar ona investisiya qoyur.

Pandemiyadan sonra məlum oldu ki, fəal biznes bir çox hallarda gözlənilməyən səbəblər ucbatından dayana bilər, gəlir gətirə bilməz, iş yerləri bağlana bilər. Ona görə, daha çox dünya passiv gəlirlərə üstünlük verir. Passiv gəlirlər içərisində də dayanıqlı gəlir məhz kirayədən və yaxud da icarədən gələn gəlirdir.

Belə ki, bu həm daşınmaz əmlakın ildən-ilə qiymətinin artması ilə nəticələnir, həm də stabil gəlir əldə etmək imkanları yaradır. Daşınmaz əmlak və qızıl məmulatları hazırda investisiya üçün cəlbedici olduğuna görə düşünürəm ki, 2026-cı ildə hər hansı ciddi qiymət azalması olmayacaq”.

©Baku.ws

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...