Yanacaq mənimsənilməsinə görə iki vəzifəli şəxs həbs edildi

Redaktor

03.01.2026 17:25
181

Yanacaq mənimsənilməsinə görə iki vəzifəli şəxs həbs edildi

"Azərbaycan Dəmir Yolları" QSC-nin iki il əvvəl həyata keçirdiyi daxili nəzarət tədbirləri nəticəsində yanacaq və yağın mənimsənilməsi ilə bağlı müəssisəyə külli miqdarda ziyan vurulması faktı üzrə iki vəzifəli şəxs həbs edilib.

Valyuta.az xəbər verir ki, bu brədə ADY-yə istinadən xəbər verir.

Məlumata görə, 2 il öncə ADY-nin vaxtilə mövcud olmuş struktur bölməsi – Yanacaq və enerji resurslarının idarə edilməsi departamentinin İmişli təminat məntəqəsinin rəisi Eldəniz Sadıqov və Qatarların idarə edilməsi xidmətinin İmişli magistral lokomotivlərin idarə edilməsi sahəsinin maşinist təlimatçısı Famil Soltanovun əlbir olaraq lokomotivlərin hərəkətinin təmin edilməsi üçün ayrılmış yanacaq və yağı mənimsədikləri aşkar edilib.

ADY bununla bağlı Baş Prokurorluğa müraciət edib və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

İstintaq zamanı müəyyən edilib ki, E.Sadıqov və F.Soltanov 15 yanvar 2022-ci il – 6 iyun 2023-cü il tarixləri arasında marşrut vərəqələrinə faktiki olaraq həyata keçirilməmiş reysləri daxil edərək təminat məntəqəsindən yanacaq və yağ götürməklə onları mənimsəyiblər. Nəticədə ADY-yə külli miqdarda maddi ziyan dəyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs barəsində azadlıqdan məhrumetmə cəzası təyin olunub.

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mənimsəmə hallarına yol verilməməsi, bu cür halların aşkar edilməsi və qarşısının alınması məqsədilə son illərdə ADY tərəfindən nəzarət tədbirləri gücləndirilib.

"Eyni zamanda görülən mühafizə tədbirləri nəticəsində kənar şəxslər tərəfindən ADY-yə məxsus ərazilərdə oğurluq və oğurluğa cəhd halları 3 dəfə azalıb. Belə ki, 2023-cü ildə 120, 2024-cü ildə 87, 2025-ci ildə isə 40 belə hadisə qeydə alınıb, bu hadisələrin 2023-cü il və 2025-ci il üzrə ümumilikdə 50 %-inin, 2024-cü ildə isə 70 %-inin qarşısı vaxtında alınıb.

ADY qanunsuz hallarla mübarizə və əmlakın qorunması istiqamətində nəzarət tədbirlərini gücləndirməyə davam edəcək", - məlumatda deyilir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda avtomobillər bahalaşacaq - AÇIQLAMA

04.01.2026

Dünyanın qızl nəhəgləri: Kimin nə qədər ehtiyatı var? - SİYAHI

04.01.2026

Hüseyn Həsənovun iri vergi borcu yarandı

04.01.2026

Azərbaycan və Türkiyə arasında 33 milyard kubmetr qaz tədarükünə dair saziş imzalandı

04.01.2026

Dağlarda 10 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq

04.01.2026

Bu il sənədsiz evlərlə bağlı problem kökündən həll edilə bilər - VİDEO

03.01.2026

"Tesla" elektromobil bazarında liderliyi itirdi: Onu kim geridə qoydu?

03.01.2026

Pulu asan yığmağın 7 praktik yolu - Gündəlik xərcləri necə azaltmalı?

03.01.2026

Bu sığorta növündə yığımlar gerilədi - 6 min manatlıq itki

03.01.2026

Naxçıvan MR Dövlət Energetika Xidmətinin ixrac gəlirlərində geriləmə - Rəqəmlər

03.01.2026

Azərbaycanda Ramazan ayının başlama tarixi açıqlandı

03.01.2026

Yanacaq mənimsənilməsinə görə iki vəzifəli şəxs həbs edildi

03.01.2026

Dövlət büdcəsinin kəsiri necə maliyyələşdirilir? - VİDEO

03.01.2026

2025-ci ildə ən çox bahalaşan məhsullar hansılar olub?

03.01.2026

Avropa Komissiyası: “Aİ-dən deportasiyaların sayı əhəmiyyətli dərəcədə artacaq”

03.01.2026

Rusiya bu məhsulu 4,7 manata, Azərbaycan isə 1,68 manata satır

03.01.2026

Bazar günü hava necə olacaq?

03.01.2026

Ötən il sərvətləri artıb - İlk onluqda Ələkbərov da var

03.01.2026

Azərbaycan 2026-cı ildə bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edəcək - SİYAHI

03.01.2026

Dünya əhalisinin sayı rekorda yaxınlaşır

03.01.2026

Məzənnə

Yüklənir...