Uğura doğru aparan biznes kitabları - <span style="color:#008000">SƏHƏR OXUSU</span>

Redaktor

06.02.2025 11:30
359

Uğura doğru aparan biznes kitabları - SƏHƏR OXUSU

Kitabxana rəflərində biznes kitabları üçün ayrılmış bir hissənin  olduğu hamımıza aydındır. Məhz biznes kitablarının kifayət qədər oxucusu var. Çünki biznes kitabları uzun müddətdir ki, müxtəlif sahələrdə peşəkarların baxışlarını və strategiyalarını formalaşdırmaqda mühüm rol oynayır. Onlar dərin təhlillər, real nümunələr və nəzəri çərçivələr təqdim edərək fərdlərə və təşkilatlara mükəmməlliyə nail olmaq üçün bələdçi rolunu oynayır.

Valyuta.az ən nüfuzlu biznes kitabları və onların oxuculara təsirini araşdırıb. 

"Mükəmməllik axtarışında" – Tom Peters və Robert H. Waterman Jr.

1982-ci ildə nəşr olunan bu fundamental əsər uğurlu şirkətlərin səkkiz ümumi xüsusiyyətini müəyyənləşdirir. Kitab fəaliyyətə üstünlük verməyi, müştəriyə yaxın olmağı və təşkilat daxilində müstəqilliyi və sahibkarlığı təşviq etməyi vurğulayır. Bu fikirlər liderləri həm idarəetmə strukturuna, həm də mədəniyyət aspektlərinə diqqət yetirməyə təşviq edib.

"Yaxşıdan mükəmmələ doğru" – Jim Collins

2001-ci ildə nəşr edilən bu kitab şirkətlərin necə yaxşıdan möhtəşəmə çevrildiyini araşdırır. Collins nizam-intizamlı insanlar, düşüncə və fəaliyyətin vacibliyini vurğulayır. Kitabda "Səviyyə 5 liderliyi", "Kirpi konsepti" və "İntizam mədəniyyəti" kimi əsas prinsiplər təqdim olunur ki, bunlar uzunmüddətli uğura aparan yol xəritəsidir.

"Davamlı uğura sahib şirkətlərin vərdişləri" – Jim Collins və Jerry I. Porras

1994-cü ildə nəşr olunan bu kitab uzunmüddətli uğur qazanan şirkətlərin əsas xüsusiyyətlərini araşdırır. Kitab "saat qurmaq, zaman göstərmək deyil" və "əsas dəyərləri qoruyaraq inkişafı təşviq etmək" kimi konseptləri təqdim edir. Bu prinsiplər, uzunmüddətli uğur qazanmaq üçün təşkilatlar üçün dəyərli dərslərdir.

Bu kitablar qiymətli çərçivələr təqdim etsə də, onları tənqidi düşüncə ilə oxumaq vacibdir.

"Halo Effekti və digər biznes yanılmaları"- Phil Rosenzweig

Bu kitab biznes ədəbiyyatında yayılmış bəzi yanlış inanclara diqqət çəkir. O, oxucuları korrelyasiya ilə səbəb-nəticə əlaqəsini səhv salmamağa və bir şirkətin uğurunu yalnız bəzi xüsusiyyətlərə bağlamaqdansa, bütün xarici və daxili amilləri nəzərə almağa çağırır.

Kitabları tətbiq etmək uğura doğru atılan addımlardır

Biznes kitablarını oxumaq kifayət etmir, tətbiq etmək də vacibdir. Bəzən biznes biliklərini real iş mühitində təqdim edə bilməmək  bu kitabların ən böyük problemlərindən birinə çevrilir. Məsələn, Peter Thielin "Zero to one" innovasiya və yeni bazar yaratma haqqında dəyərli fikirlər versə də, hər bir biznesə tam uyğun gəlməyə bilər. Eric Riesə aid  "The lean startup" startapların çevik idarə olunmasını izah edir, lakin böyük şirkətlər üçün hər zaman effektiv olmaya bilər. Buna görə də, oxunan materialları real biznes strategiyalarına necə tətbiq etməyi öyrənmək çox vacibdir.

Biznesə addımlağa kömək edən kitablar

Biznes sahəsində çoxlu kitablar var, lakin hamısı eyni dərəcədə faydalı olmaya bilər. Hər oxucunun sevdiyi, biznes  sahəsinə uyğun, müxtəlif kateqoriyalar üzrə oxumağa dəyər kitablar var.

Strateji düşüncə və idarəetməyə aid olan kitab "Good to great" Jim Collins tərəfindən yazılan və şirkətlərin necə uğur qazandığını araşdıran kitabdır. "The art of war" Sun Tzunun yazdığı  biznes strategiyaları üçün adaptasiya edilən klassik əsərdir.  

Startaplar və sahibkarlığa aid  Eric Riesin yazdığı  "The lean startup" yeni bizneslərin çevik idarə edilməsini, Peter Thielin "Zero to one" isə innovasiya və bazarda rəqabət üstünlüyü qazanmağı öyrədir.

Maliyyə və investisiya sahəsində Benjamin Grahama aid "The intelligent investor" investisiya strategiyalarını, Robert Kiyosakinin "Rich ad Poor dad" maliyyə savadlılığı və sərvət yaratma yollarının qapılarını açır. 

Liderlik və motivasiya üçün isə Stephen R. Coveyinin "The 7 habits of highly effective people" şəxsi və peşəkar uğur haqqında, Simon Sinekin "Leaders eat last" effektiv liderlik və komanda ruhunu öyrədən kitablar sırasındadır.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Borcları ödəməyin ən effektiv yolu:  Deyv Remzinin tövsiyə etdiyi metod

05.03.2026

İran Naxçıvana dronla zərbələr endirib

05.03.2026

Yusif Poladov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya üzv seçilib ®

05.03.2026

Azərbaycanda "ƏDV geri al" mexanizmi tam avtomatlaşdırılır

05.03.2026

Yanvarda Azərbaycandan 107,6 milyonluq aqrar məhsul ixrac edilib

05.03.2026

Mikayıl Cabbarov: "Azərbaycanda startaplar üçün daha rəqabətqabiliyyətli vergi mühiti formalaşdırılacaq"

05.03.2026
İşçinin iş geyimini özünün alması nə dərəcədə doğrudur?

İşçinin iş geyimini özünün alması nə dərəcədə doğrudur?

05.03.2026

Bank müştərilərinin neçə nəfəri vətəndaşlardır?

05.03.2026

Samir Şərifov: "Məqsədimiz iqtisadiyyata nəzarətdən tam imtina etmək deyil"

05.03.2026

“Atəşgah Həyat”ın yığımlarında 1,6 milyonluq azalma qeydə alınıb

05.03.2026

İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi dəyişdi

05.03.2026
"Azercell" yenə qiymətləri qaldırdı - 2 manat artıq ödəyəcəyik

"Azercell" yenə qiymətləri qaldırdı - 2 manat artıq ödəyəcəyik

05.03.2026

Niyə cihaz ucuz, hissələri baha satılır? - Satış strategiyası

05.03.2026

DSMF və ABB arasında 23,5 milyonluq müqavilə

05.03.2026

AzInTelecom rəqəmsal həlləri ilə iki forumda təmsil olundu - FOTOLAR ®

05.03.2026

Azərbaycan nefti ucuzlaşıb

05.03.2026

"Apple" yeni və daha ucuz noutbuk modelini təqdim edib

05.03.2026

Avro bahalaşdı

05.03.2026

Rusiya Azərbaycanın telekommunikasiya ixracında ilk 5-likdən çıxdı

05.03.2026

Pul qazananların bildiyi 10 vacib investisiya qaydası - SƏHƏR OXUSU

05.03.2026

Məzənnə

Yüklənir...