Redaktor
Türkiyə bankı "SOCAR Fiber"ə 10 milyon dollarlıq rəqəmsal infrastruktur krediti ayırdı
Türkiyə Sənaye İnkişaf Bankı (TSİB) “SOCAR Fiber”ə 10 milyon ABŞ dolları məbləğində, 4 il müddətli rəqəmsal infrastruktur krediti ayırıb.
Valyuta.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.
Məlumata görə, kredit Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) vəsaiti hesabına TSİB-nin “Davamlı Enerji və İnfrastruktur – 3-cü Faza” proqramı çərçivəsində təqdim olunacaq. Məqsəd şirkətin Türkiyə üzrə 1 850 km-lik fiber-optik şəbəkəsinin daha müasir texnologiyalarla gücləndirilməsidir.
“SOCAR Fiber” hazırkı infrastruktur əsasında yerli və beynəlxalq telekom operatorlarına xidmət göstərir. Yeni maliyyə vəsaiti şirkətin rabitə nöqtələri və data əməliyyatı binalarındakı enerji infrastrukturunu yeniləməyə yönəldiləcək. Bu, ölkənin rəqəmsal dayaqlılığının artırılmasına, enerji kəsintiləri zamanı belə xidmətin davamlılığının təmin edilməsinə imkan verəcək.
©Teleqraf