Səyahət planlayırsınızsa, biletləri bu tarixdə alın - Daha ucuzdur

Redaktor

21.11.2025 10:13
534

Səyahət planlayırsınızsa, biletləri bu tarixdə alın - Daha ucuzdur

Noyabrın sonu təkcə "Black Friday" və "Cyber Monday" endirimləri ilə deyil, həm də səyahət sevərlər üçün yeni bir fürsət günü - "Travel Tuesday" ilə yadda qalır.

Valyuta.az xəbər verir ki, aviaşirkətlər, hotel şəbəkələri və tur operatorları məhz bu gün üçün xüsusi kampaniyalar hazırlayır. 2025-ci ildə Travel Tuesday 2 dekabr tarixinə düşür.

Mütəxəssislərin sözlərinə görə, "Black Friday" endirimləri əsasən elektronika və geyim sektoruna fokuslanarkən, "Travel Tuesday" yalnız səyahət paketləri, uçuş biletləri, otel rezervasiyaları və tur paketləri üzrə endirimlərlə seçilir.

“The Independent” nəşrinin səyahət üzrə müxbiri Saymon Kalder qeyd edir ki, noyabrın son günləri ilə dekabrın ilk həftələri hava yollarının ən aşağı tələbat dövrüdür. Buna görə şirkətlər təyyarələri doldurmaq üçün qiymətləri minimuma endirirlər.

Travel Tuesday nədir?

Travel Tuesday Şükran Günündən sonrakı "Cyber Monday"dən bir gün sonra keçirilən, yalnız səyahət xidmətlərinə yönəlmiş qlobal endirim günüdür. Bu konsepsiya ilk dəfə Hopper onlayn bron platforması tərəfindən 2017-ci ildə irəli sürülüb. Şirkət həmin dövrdə uçuşların ən sərfəli məhz bu gündə olduğunu müəyyən edib.

McKinsey & Company-nin araşdırmasına görə, son illərdə “Travel Tuesday” ifadəsinə maraq 500%-dən çox artıb və bu konsepsiya ABŞ-la yanaşı digər ölkələrdə də geniş yayılmağa başlayıb.

"Travel Tuesday"də necə daha sərfəli alış etmək olar?

Mütəxəssislər üstünlük əldə etmək üçün aşağıdakı məsləhətləri verir:

Qiymətləri öncədən izləyin: Endirim günü real qənaət üçün əvvəlki qiymətləri müqayisə etmək vacibdir.

Büdcə təyin edin: Endirimlər cazibədar olsa da, sərhəd qoymaq tövsiyə olunur.

Tarix və istiqamətdə elastik olun: Ən böyük endirimlər çox vaxt alternativ istiqamətlər və qeyri-pik mövsümlər üçün olur.

Paket turlara baxın: Uçuş + otel paketləri "Travel Tuesday" günündə daha sərfəli olur.

Avi şirkət və hotellərin bildirişlərinə abunə olun: Bir çox endirim yalnız birbaşa bronlarda tətbiq edilir.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...