Sahil Babayev: 2026-cı il dövlət büdcəsindən səhiyyə xərclərinə ayrılan məbləğ tarixi rekorddur

Redaktor

06.11.2025 14:58
421

Sahil Babayev: 2026-cı il dövlət büdcəsindən səhiyyə xərclərinə ayrılan məbləğ tarixi rekorddur

2026-cı il dövlət büdcəsindən səhiyyə xərclərinə ayrılan məbləğ tarixi rekorddur.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin 2026-cı il dövlət büdcəsinin layihəsinin müzakirəsinə həsr edilmiş birgə iclasında deyib.

O qeyd edib ki, 2026-cı ildə səhiyyə xərclərinə ayrılan vəsait 2024-cü illə müqayisədə 40 faiz və ya 1.1 milyard manat çoxdur:

"Növbəti il üçün 118 milyon manat vəsait onkologiya ilə bağlı müxtəlif istiqamətlərə ayrılacaq. Bu sahədə 8 müxtəlif istiqamət icbari tibbi sığorta zərfinə daxil edilib. Gələcəkdə bunun artırılması nəzərdə tutulur".

Nazir xatırladıb ki, icbari tibbi sığorta çərçivəsində il ərzində orta hesabla 5 milyon vətəndaşa xidmət edilir:

"7.5 milyon insanın sığortahaqqı dövlət büdcəsi tərəfindən ödənilir. Əlavə olaraq, icbari tibbi sığorta haqqını özü ödəyən vətəndaşlar da var. Rəsmi fəaliyyət göstərən və işsiz olan şəxslərin tibbi sığortası dövlət hesabına həyata keçirilir. Yeganə istisna edilən seqment qanunvericiliyin qeyri-formal məşğulluq olaraq müəyyən etdiyi şəxslərdir. Onlar qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, gəlirlərini gizlədən, qeydiyyatdan yayınan şəxslərdir. Bu kəsimin sığortalanması özləri tərəfindən ödənişi edilməklə həyata keçiriləcək".

S.Babayev əlavə edib ki, 2026-cı ildə dövlət büdcəsindən 420 milyon manat ekologiya və ətraf mühitin mühafizəsinə ayrılır, bu da 2024-cü illə müqayisədə artım deməkdir.

Nazir diplomatların maaşının artırılması ilə bağlı deputatların səsləndirdiyi təkliflərə də münasibət bildirib:

"Azərbaycanın nüfuzu artır, beynəlxalq mövqeyi güclənir, diplomatik nümayəndəliklərin də sayı artır. Buna görə bu sahəyə vəsait ayrılması da vacibdir. Diplomatların əməkhaqqının artırılması təklifinə gəlincə, bu, ötən il artıb. Onların əməkhaqqı BMT-nin müəyyən etdiyi mexanizm əsasında həyata keçirilir".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...