"Port Car" şirkətindən yarım milyonluq dələduzluq: "Hamımız əlacsız vəziyyətdə gözləyirik"

Redaktor

26.11.2025 12:17
204

"Port Car" şirkətindən yarım milyonluq dələduzluq: "Hamımız əlacsız vəziyyətdə gözləyirik"

"Port car" şirkətinin vətəndaşları aldadaraq xaricdən avtomobil gətirmək adı ilə pullarını mənimsədiyi iddia edilir.

Zərərçəkənlərdən Hidayət Məmmədov bildirib ki, şirkət rəhbəri Məmmədağa Əliyevdən beş avtomobil alıb, ödənişi edib, lakin vəd olunan müddət çoxdan keçməsinə baxmayaraq, maşınlar hələ də Azərbaycana gətirilməyib:

"Pullarını ödədim, dedi ki, 40-45 günə maşınlar gələcək. Artıq ilyarım keçib, avtomobillər respublikaya daxil olmayıb. Məndən başqa, 86 nəfər də zərər çəkib".

Başqa bir zərərçəkən Fəxrəddin Əliyev isə 17 min dollar ödədiyini qeyd edərək hazırda vəziyyətlərinin çıxılmaz olduğunu deyib:

"Hazırda axtarışdadır. Bu yaxınlarda qardaşı saxlanılmışdı, amma buraxılıb. Məsələdən xəbərimiz olmadı. Hamımız əlacsız gözləyirik".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, xarici ölkədən avtomobil gətirmək adı ilə vətəndaşlara qarşı kütləvi dələduzluq əməlləri törətməkdə şübhəli bilinən Məmmədağa Əliyev barəsində axtarış elan olunub.

Onun barəsində 17 epizod üzrə Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Nazirlikdən əlavə edilib ki, qeyd edilən faktlar üzrə vətəndaşlara dəymiş zərər 555 254 manat təşkil edir. Şübhəlinin ölkəni tərk etdiyi müəyyən edilib və hazırda cinayət işi üzrə istintaq tədbirləri görülür.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...