Redaktor
Oxumalı olduğunuz 10 biznes kitabı
Kitablar ən yaxşı müəllimlərdir. Uğurlu bir iş adamı olmaq istəyirsinizsə, dünyanın ən nüfuzlu biznes liderlərinin təcrübələrindən, düşüncə tərzindən və ideyalarından öyrənməlisiniz. Bütün lazımı araşdırmaları özünüz etmək çətindir, lakin xoşbəxtlikdən bu proses artıq daha asandır — çünki indiyədək yazılmış ən dəyərli biznes kitabları sizə bütün bu bilikləri hazır şəkildə təqdim edir.
Minlərlə kitab arasından sizin üçün ən faydalı olanları seçmək vaxt aparır. Valyuta.azsa bu işi asanlaşdıraraq, biznesinizi daha uğurlu və məqsədyönlü idarə etməyinizə kömək edəcək ən vacib 10 biznes kitabını təqdim edir:
1. The Effective Executive — Peter F. Drucker
Bu klassik və zərif əsər biznes dünyasının bu gün də aktual olan saysız-hesabsız sirlərini özündə cəmləyir. Kitab, qərarvermə və idarəetməni ən optimal şəkildə necə həyata keçirməyi öyrədir. Oxuduqdan sonra daha səmərəli və məqsədyönlü bir rəhbərə çevriləcəyinizə əmin ola bilərsiniz.
2. Good to Great: Why Some Companies Make the Leap...and Others Don’t — Jim Collins
Şirkətinizi növbəti səviyyəyə qaldırmaq istəyirsinizsə, bu kitab sizə misilsiz dərəcədə fayda verəcək. Jim Collins uzunmüddətli uğurun sirrini və böyük şirkətləri digərlərindən ayıran əsas xüsusiyyətləri açıqlayır.
3. Giants of Enterprise: Seven Business Innovators and the Empires They Built — Richard Tedlow
Bu kitabda dünyanın ən nüfuzlu biznes liderlərinin düşüncə tərzi və dünyanı dəyişən innovativ qərarları araşdırılır. Oxucuya böyük imperiyaların necə qurulduğunu anlamaq imkanı yaradır.
4. True North: Discover Your Authentic Leadership — Bill George
Kitab liderliyin əsasında duran əsas məqamı ön plana çıxarır. Eyni zamanda, effektiv zaman idarəetməsi və doğru yön tapmaq mövzularında dəyərli tövsiyələr təqdim edir.
5. Ignore Everybody: and 39 Other Keys to Creativity — Hugh MacLeod
Yaradıcılığın əsl mahiyyətinə toxunan bu kitab, fərdi yaradıcı potensialın kəşf edilməsinə və innovativ düşüncənin inkişaf etdirilməsinə kömək edir.
6. Leadership and Self-Deception: Getting Out of the Box — Arbinger Institute
Bu əsər insanın öz daxili baryerlərini aşaraq həqiqi potensialını üzə çıxarmasına fokuslanır. Oxucuya yenilənmiş motivasiya və özünü inkişaf etdirmə baxış bucağı kazandırır.
7. Thinking, Fast and Slow — Daniel Kahneman
Nobel mükafatlı psixoloq Daniel Kahnemanın bu möhtəşəm əsəri qərarvermə proseslərinin psixologiyasını açır. Biznesdə daha ağıllı, dəqiq və analitik düşünmək istəyən hər kəs üçün əvəzolunmaz qaynaqdır.
8. The Power of Habit: Why We Do What We Do in Life and Business — Charles Duhigg
Kitab insan davranışlarının vərdişlərdən qaynaqlandığını izah edir. Uğurlu bir iş adamı olmaq üçün əla nəticələri gündəlik vərdişə çevirməyin vacibliyini vurğulayır.
9. The Wisdom of Failure: How to Learn the Tough Leadership Lessons Without Paying the Price — Laurence G. Weinzimmer & Jim McConoughey
Bu kitab səhvlərdən öyrənməyin liderlikdə oynadığı mühüm rolu göstərir. Əsl uğurun çox vaxt keçilən çətin yollardan doğduğunu oxucuya aydın şəkildə çatdırır.
10. Unbroken: A World War II Story of Survival, Resilience, and Redemption — Laura Hillenbrand
İkinci Dünya Müharibəsi fonunda yazılan bu təsirli əsər iradə, özünə inam və yenilməzlik kimi dəyərlərin gücünü önə çıxarır. Həyat və biznes yolunda motivasiya üçün əla qaynaqdır.
Bu kitablar biznesdə uğur qazanmaq istəyən hər kəs üçün dəyərli bələdçi rolunu oynayacaq. Onlar sizin üçün möhkəm təməl, yol xəritəsi və ilham mənbəyi olacaq.
Tənzilə Ağabalayeva