Milyarderlər siyahısına onun da adı əlavə olundu

Redaktor

18.12.2025 10:25
126

Milyarderlər siyahısına onun da adı əlavə olundu

Keçmiş AMD rəhbəri MetaX-in IPO-su ilə milyarder olub.

Çində süni intellekt çipləri istehsal edən MetaX Integrated Circuits şirkətinin səhmləri Şanxay birjasında ilk ticarət günündə 693% bahalaşıb. Nəticədə şirkətin qurucusu və baş icraçı direktoru Çen Veylyan (Chen Weiliang) 6,5 milyard dollar sərvətlə milyarderlər sırasına daxil olub.

Valyuta.az xəbər verir ki, Forbes-in hesablamalarına əsasən, MetaX-in bazar kapitallaşması 320 milyard yuanı (təxminən 45 milyard dollar) ötüb. 49 yaşlı Çen Veylyanın sərvəti şirkətdəki payı hesabına formalaşıb.

"MetaX IPO" çərçivəsində 4,2 milyard yuan vəsait cəlb edib. İlkin yerləşdirməyə investor marağı yüksək olub, pərakəndə investorlar üçün ayrılan hissə təxminən 3 000 dəfə artıq tələblə qarşılanıb. Şirkət cəlb olunan vəsaiti əsasən tədqiqat və inkişaf işlərinə yönəltməyi planlaşdırır.

Şirkət ABŞ-ın "Nvidia" şirkətinə yerli alternativ kimi qiymətləndirilir. ABŞ-ın Çinə qabaqcıl çiplərin satışına qoyduğu məhdudiyyətlər fonunda Pekin yerli yarımkeçirici istehsalçıların inkişafını prioritet hesab edir.

Qeyd edək ki, Çen Veylyan MetaX-i 2020-ci ildə qurub və bundan əvvəl 10 ildən çox AMD-də rəhbər vəzifələrdə çalışıb.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...