"Microsoft"dan 9,7 milyard dollarlıq investisiya

Redaktor

04.11.2025 10:42
414

"Microsoft"dan 9,7 milyard dollarlıq investisiya

"Microsoft", süni intellekt infrastrukturunu gücləndirmək məqsədilə məlumat mərkəzi operatoru olan "IREN" şirkəti ilə 9,7 milyard dollar dəyərində bulud xidmətləri üzrə beşillik müqavilə imzalayıb.

Valyuta.az xəbər verir ki, razılaşma çərçivəsində "IREN", texnologiya nəhəngi "Microsoft"a "Nvidia"nın yeni nəsil GB300 GPU-larına çıxış imkanı təqdim edəcək.

Müqavilə ümumi məbləğin 20 faizini ilkin ödəniş kimi nəzərdə tutur. GPU-ların 2026-cı ilə qədər Texas ştatındakı 750 meqavatlıq "Childress" kampusunda mərhələli şəkildə işə salınması planlaşdırılır. Bu müddətdə "IREN", maye ilə soyudulan yeni məlumat mərkəzləri inşa etməklə ümumilikdə 200 meqavatlıq hesablama gücünə çatmağı hədəfləyir.

ABŞ və Kanadada bərpa olunan enerji mənbələrinə yaxın ərazilərdə yerləşən məlumat mərkəzləri ilə tanınan "IREN", genişmiqyaslı GPU klasterləri təqdim edən süni intellekt əsaslı bulud xidmətləri şirkəti kimi fəaliyyət göstərir.

"IREN"in həmtəsisçisi və icraçı direktoru Daniel Roberts bu razılaşmanı şirkətin miqyaslana bilən süni intellekt bulud platformasını gücləndirən strateji dönüş nöqtəsi kimi dəyərləndirib. "Microsoft"un biznesin inkişafı üzrə rəhbəri Conatan Tinter (Jonathan Tinter) isə bildirib ki, bu əməkdaşlıq hər iki şirkətə süni intellekt infrastrukturunda yeni böyümə imkanları yaradacaq.

Müqavilə çərçivəsində "Microsoft", süni intellektə artan qlobal tələbat fonunda məlumat mərkəzi imkanlarını genişləndirir. Paralel olaraq, "IREN", Şimali Amerikada malik olduğu 3 giqavatlıq enerji portfeli ilə süni intellekt bulud infrastrukturu sahəsində mövqeyini daha da möhkəmləndirməyi qarşısına məqsəd qoyub.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...