Mərkəzi Bankın balansındakı nəqliyyat vasitələri satışa çıxarılır

Redaktor

26.11.2025 16:15
233

Mərkəzi Bankın balansındakı nəqliyyat vasitələri satışa çıxarılır - Qiymətlər

Azərbaycan Respublikasının Mərkəzi Bankının balansında olan nəqliyyat vasitələri 25 dekabr tarixində hərraca çıxarılacaq.

Valyuta.az xəbər verir ki, satışa ümumilikdə 22 nəqliyyat vasitəsi təqdim olunacaq.

Hərrac Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, M.Hadi küçəsi 136P ünvanında keçiriləcək. Siyahıda müxtəlif markalara aid minik, yük və xüsusi təyinatlı avtomobillər yer alır.

Təklif olunan minik avtomobilləri arasında 2013-cü il buraxılışlı “Mercedes Benz S 500” 35 368,5 manat, 2016-cı il buraxılışlı “Lexus LX 570” isə 102 681,7 manat start qiyməti ilə satışa çıxarılıb. Bundan başqa, 2012-ci il buraxılışlı “BMW 740 Li” 17 201,33 manat, 2010-cu il buraxılışlı “Hyundai Sonata” isə 10 906 manat start qiyməti ilə təklif olunur.

Digər nəqliyyat vasitələri arasında 2004-cü il buraxılışlı “Audi A8” (10 000 manat), 2007-ci il buraxılışlı “Toyota Camry” (9 000 manat), 2011-ci il buraxılışlı “Honda Accord” (10 640 manat) və 2012-ci il buraxılışlı “Hyundai Equus 3.8” (15 000 manat) da var.

Siyahıya xüsusi təyinatlı avtomobillər də daxildir. 1999-cu il buraxılışlı “Mercedes Benz 414” 31 327,2 manat, 2006-cı il buraxılışlı “Mercedes Benz 314” inkassasiya avtomobili isə 54 000 manat start qiyməti ilə satışa çıxarılır.

Yevlax şəhərində yerləşən nəqliyyat vasitələri də hərraca təqdim olunur. Bunlara 1996-cı il buraxılışlı “VAZ-21213” (3 800 manat) və 2011-ci il buraxılışlı “Honda Accord” (13 537,5 manat) daxildir.

Hərracda iştirak üçün start qiymətinin 10 faizi məbləğində beh ödənilməsi tələb olunur. İştirakçılar tələb olunan sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.

Mayya Hüseynova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...