Redaktor
Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ödənişlər 2 milyondan çox azalıb
Cari ilin yanvar-avqust aylarında kənd təsərrüfatı heyvanlarının sığortası üzrə yığımlar 3 milyon 499 min manat təşkil edib.
Bu məbləğ illik müqayisədə 7 milyon 182 min manat və ya 67,24% ciddi azalma deməkdir.
Xatırladaq ki, ötən ilin eyni dövründə bu göstərici 10 milyon 681 min manat olub.
Bu sığorta növünün yığımlarında azalma olduğu kimi, ödənişlərdə də azalma qeydə alınıb.
Belə ki, cari ilin ilk 8 ayında kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ödənişlər 388 min manat təşkil edib. Halbu ki, ötən ilin eyni dövründə bu göstərici 2 milyon 705 min manat idi.
Nəticədə sözügedən sığorta növünün ödənişlərində 2 milyon 317 min manat və ya 85,65% olaraq azalma qeydə alınıb.
Sərvanə Rəmixanova