Redaktor
İxracdan gəlirləri azalan məhsullar
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanın əsas qeyri-neft ixrac məhsulları sırasında yer alan metanol və elektrik enerjisi üzrə gəlirlərdə azalma müşahidə olunub.
Valyuta.az xəbər verir ki, ilk 10 ayda metanol ixracından əldə olunan gəlir 0,8 milyon ABŞ dolları və ya 9,30% azalaraq 7,8 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 8,6 milyon dollar idi.
Eyni zamanda, elektrik enerjisinin ixracından əldə edilən gəlirlər də ciddi şəkildə geriləyib. Cari ildə elektrik enerjisi ixracı 10,7 milyon ABŞ dolları olub. Bir il əvvəl bu rəqəm 19 milyon dollar idi.
Beləliklə, illik müqayisədə elektrik enerjisi ixracından əldə olunan gəlir 8,3 milyon dollar və ya 43,68% azalıb.
Sərvanə Rəmixanova