Redaktor
İşçinin işdə 2 saat boş qalması normal haldırmı?
Bir çox iş yerlərində rəsmi iş vaxtı saat 18:00-a qədər davam etsə də, bəzi qurumlarda faktiki iş prosesi artıq saat 16:00-da yekunlaşır. İşçilər bildirirlər ki, bu saatdan sonra yeni tapşırıqlar verilmir, gündəlik işlərini tamamlasalar da, iki saat ərzində ofisdə qalmağa məcbur olurlar. Onların fikrincə, real iş fəaliyyəti olmadığı halda bu müddət sadəcə vaxt itkisinə çevrilir. Bəs işçinin iki saat ərzində boş qalması normal haldırmı, yoxsa bu, idarəetmədə müəyyən problemlərin mövcudluğundan xəbər verir? İşçilər bu boş vaxtı necə dəyərləndirməlidirlər?
Mövzu ilə bağlı “HR Hunter” şirkətinin qurucusu, İnsan Resursları üzrə konsultant İlkin Mirzəzadə Valyuta.az-a bildirib ki, ideal halda iş saatları ərzində iş prosesi tam şəkildə planlaşdırılmalı və doldurulmalıdır: “Əgər iş vaxtı rəsmi olaraq davam etsə də, faktiki iş daha tez bitirsə, bu vəziyyət əsasən iki səbəblə bağlı ola bilər. Birinci səbəb idarəetmədə müəyyən boşluqların olmasıdır. Yəni, işçinin vəzifə öhdəliklərinə uyğun tapşırıqlar tam şəkildə formalaşdırılmır və ya düzgün bölüşdürülmür. İkinci səbəb isə işçinin şəxsi iş tempidir. Elə əməkdaşlar var ki, digərlərinin bir neçə saata gördüyü işi daha qısa müddətdə yerinə yetirə bilir və nəticədə boş vaxt yaranır”.

Ekspertin sözlərinə görə, nadir hallarda bu hal işçinin yeni olması ilə də əlaqəli ola bilər: “Bəzi hallarda əməkdaş yeni olduğu üçün ona hələ tam öhdəlik verilməyə bilər. Lakin bu ehtimal adətən qısamüddətli olur və əsas səbəb kimi qiymətləndirilmir. Əksər hallarda məsələ ya idarəetmə planlaması, ya da işçinin yüksək məhsuldarlığı ilə bağlıdır”.
İlkin Mirzəzadə qeyd edir ki, iş saatları ərzində yaranan boşluq mütləq mənfi hal kimi dəyərləndirilməməlidir: “Əgər işdə boş vaxt yaranırsa, bunu şəxsi inkişaf üçün fürsətə çevirmək mümkündür. Məsələn, əməkdaş qarşıdakı ay üçün planlaşdırılan hesabatları əvvəlcədən hazırlaya, onlayn təlimlərdə iştirak edə, peşəkar biliklərini artıracaq araşdırmalar apara bilər. Bir çox işçi bu cür vaxtları özünüinkişaf üçün səmərəli şəkildə dəyərləndirir”.
Ekspertin fikrincə, düzgün idarəetmə və aydın iş bölgüsü olduqda həm işçinin vaxtı itmir, həm də şirkətin ümumi məhsuldarlığı artır.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycanda elan olunmuş illərin siyahısı
22.12.2025Azərbaycanda siqaretlər bahalaşır: Yeni ildən qiymətlər artırılacaq
22.12.2025Bu xəstəxananın direktor müavini işdən çıxarıldı
22.12.2025Gizlilik baxımından ən təhlükəli veb-brauzerlər - SİYAHI
22.12.2025"OpenAI" "ChatGPT"nin ünsiyyət üslubunu fərdiləşdirilə bilən etdi
22.12.2025Orxan Nəzərli özünə 2 yeni müşavir təyin etdi
22.12.2025İndi alınması məsləhət görülən ən yaxşı AI kriptovalyutası
22.12.2025Bayramda kiçik bizneslər üçün böyük fürsətlər var - Forbes
22.12.2025“Azərbaycan Dəmir Yolları” ötən ili 1.8 milyard manat zərərlə başa vurub
22.12.2025Dövlət Xidmətində iki yeni təyinat
22.12.2025Çin Rusiyadan qızıl alır: Noyabr ayı satışları tarixi rekord qırıb
22.12.2025"Samsung" "Galaxy S26"nın təqdimatını təxirə salır - Qiymət artacaq
22.12.2025Direktor müavini təyin edildilər
22.12.2025Atalıq məzuniyyətinin müddəti və ödənişi necə hesablanacaq? - Vacib Detallar
22.12.2025İnsan resursları üzrə startap 500 min dollar investisiya aldı
22.12.2025