Redaktor
İnsan resursları üzrə startap 500 min dollar investisiya aldı
İnsan resursları texnologiyaları sahəsində fəaliyyət göstərən “HrPanda”, “HubX”dən 500 min ABŞ dolları həcmində yeni investisiya aldığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, ыtartap bu vəsaiti məhsul imkanlarını genişləndirmək və süni intellekt əsaslı funksiyalarını inkişaf etdirmək məqsədilə istifadə etməyi planlaşdırır.
“HrPanda” 2022-ci ildə Hilal Ataç Arıkan və Murat Ödəmış tərəfindən təsis edilib. Girişim ilk investisiyasını “3Dots Girişim Sermayesi Yatırım Fonu”ndan almışdı. Əvvəlki mərhələdə startapa 250 min dollar dəyərində sərmayə yatırıldığı bildirilir.
Şirkət, işə qəbul proseslərinin izlənilməsi və istedadların idarə olunması üçün süni intellektlə dəstəklənən ATS (Ərizə İzləmə Sistemi) altyapısı təqdim edir. Bu sistem komandaların müraciətləri daha effektiv və operativ şəkildə qiymətləndirməsinə imkan yaradır, istifadəçilərə isə bütün prosesi vahid panel üzərindən idarə etmə imkanı təqdim edir. Eyni zamanda, namizədlərlə olan kommunikasiya da mərkəzləşdirilmiş şəkildə həyata keçirilir.
“HrPanda”nın məqsədi süni intellekt əsaslı platforması vasitəsilə insan resursları komandalarına tam dəstək verən rəqəmsal köməkçi rolunu oynamaqdır. Şirkət fərqli ölçülü komandaların - startaplardan iri korporativ strukturlara qədər - insan resursları proseslərini daha səmərəli, ölçüləbilən və davamlı hala gətirməyi hədəfləyir.
Yeni investisiyaya dair açıqlama verən həmtəsisçilər Hilal Ataç Arıkan və Murat Ödəmış qeyd ediblər ki, “HrPanda” işə qəbul prosesini vaxt aparan və əl ilə icra edilən mərhələdən çıxararaq, məlumat və süni intellekt əsaslı strateji bir sahəyə çevirmək məqsədilə qurulub. Onların sözlərinə görə, bu investisiya məhsul vizyonlarını daha sürətli şəkildə reallaşdırmaq üçün mühüm mərhələdir.
“HubX”in həmtəsisçisi Cəm Ortabaş isə bildirib ki, “HubX” yalnız texnologiya istehsal edən bir qurum deyil, həm də gələcəyin iş mühitini formalaşdırmağı hədəfləyən innovasiya mərkəzi olmaq niyyətindədir. O, yaxın dövrdə “HrPanda” komandasının məhsul inkişafına dəstək verməyə davam edəcəklərini vurğulayıb.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərGələcəyin ən etibarlı peşələri: Süni intellekt onlara qalib gələ bilməyəcək
22.12.2025Azərbaycanda elan olunmuş illərin siyahısı
22.12.2025Azərbaycanda siqaretlər bahalaşır: Yeni ildən qiymətlər artırılacaq
22.12.2025Bu xəstəxananın direktor müavini işdən çıxarıldı
22.12.2025Gizlilik baxımından ən təhlükəli veb-brauzerlər - SİYAHI
22.12.2025"OpenAI" "ChatGPT"nin ünsiyyət üslubunu fərdiləşdirilə bilən etdi
22.12.2025Orxan Nəzərli özünə 2 yeni müşavir təyin etdi
22.12.2025İndi alınması məsləhət görülən ən yaxşı AI kriptovalyutası
22.12.2025Bayramda kiçik bizneslər üçün böyük fürsətlər var - Forbes
22.12.2025“Azərbaycan Dəmir Yolları” ötən ili 1.8 milyard manat zərərlə başa vurub
22.12.2025Dövlət Xidmətində iki yeni təyinat
22.12.2025Çin Rusiyadan qızıl alır: Noyabr ayı satışları tarixi rekord qırıb
22.12.2025"Samsung" "Galaxy S26"nın təqdimatını təxirə salır - Qiymət artacaq
22.12.2025Direktor müavini təyin edildilər
22.12.2025Atalıq məzuniyyətinin müddəti və ödənişi necə hesablanacaq? - Vacib Detallar
22.12.2025İnsan resursları üzrə startap 500 min dollar investisiya aldı
22.12.2025