İnflyasiya 6 faizə yaxınlaşır - Əsas səbəblər nədir?

Redaktor

11.04.2025 11:15
547

İnflyasiya 6 faizə yaxınlaşır - Əsas səbəblər nədir?

Bu ilin I rübündə istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 105,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 105,7 %, qeyri-qida məhsulları üzrə 102,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,8 % təşkil edib. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin mart ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 105,9 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 106,5 %, qeyri-qida məhsulları üzrə 102,8 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 107,5 % olub. Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 % təşkil edib. O cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 % olub. Bütün bunların fonunda Azərbaycanda inflyasiya tempi bir qədər də sürətlənərək 6 faiz həddinə yaxınlaşıb. 

Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, son dövrlərdə Azərbaycanda inflyasiya səviyyəsinin yüksəlməsi bir sıra hökumət qərarları ilə əlaqələndirilə bilər:

 "Xüsusilə, 2024-cü ilin ikinci yarısından etibarən yanacaq qiymətlərindəki artım - həm benzinin, həm də dizelin bahalaşması tədricən bütün qiymətlərə təsir göstərdi. Nəticədə daşınma, saxlama xərcləri artdı. Saxlanma və daşınma xərclərinin artması da qiymətlərin formalaşmasında rol oynayan əsas amillərdəndir. Tikinti materiallarının, kənd təsərrüfatı məhsulları və digər məhsulların qiymətlərində də bu artım baş verdi. Eyni zamanda, kommunal xidmətlər üzrə qiymət artımı - işığın, qazın qiymətlərində artım istehsal və xidmət sahələrində xərclərin artmasına səbəb olub. Bu, sahibkarların həm inzibati, həm də istehsal xərclərini artırır və dolayısı ilə inflyasiyanı stimullaşdırır".

İqtisadçının sözlərinə görə, əmək bazarında da dəyişikliklər müşahidə olunur:

"Minimum əmək haqqının artırılması həm də sahibkarların xərclərini artırır. Təkcə ötən il orta aylıq əmək haqqı 8 faiz artıb, bu isə işçi qüvvəsinin maya dəyərinin eyni səviyyədə yüksəlməsi deməkdir. Bundan əlavə, onlayn və nağdsız ödəniş sistemlərinin genişlənməsi, şəffaflığın artmasına şərait yaratsa da, sahibkarların vergi yükünü artıraraq əlavə maliyyə təzyiqi formalaşdırır. Bütün bu amillər xərc artımı mühiti yaradır və inflyasiya təzyiqlərini gücləndirir. Pulun real alıcılıq qabiliyyəti azalır, sahibkarların isə məhsul qiymətlərini aşağı səviyyədə saxlaması çətinləşir".

Günay

İnflyasiya 6 faizə yaxınlaşır - Əsas səbəblər nədir?

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Yusif Poladov Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya üzv seçilib ®

05.03.2026

Azərbaycanda "ƏDV geri al" mexanizmi tam avtomatlaşdırılır

05.03.2026

Yanvarda Azərbaycandan 107,6 milyonluq aqrar məhsul ixrac edilib

05.03.2026

Mikayıl Cabbarov: "Azərbaycanda startaplar üçün daha rəqabətqabiliyyətli vergi mühiti formalaşdırılacaq"

05.03.2026
İşçinin iş geyimini özünün alması nə dərəcədə doğrudur?

İşçinin iş geyimini özünün alması nə dərəcədə doğrudur?

05.03.2026

Bank müştərilərinin neçə nəfəri vətəndaşlardır?

05.03.2026

Samir Şərifov: "Məqsədimiz iqtisadiyyata nəzarətdən tam imtina etmək deyil"

05.03.2026

“Atəşgah Həyat”ın yığımlarında 1,6 milyonluq azalma qeydə alınıb

05.03.2026

İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi dəyişdi

05.03.2026
"Azercell" yenə qiymətləri qaldırdı - 2 manat artıq ödəyəcəyik

"Azercell" yenə qiymətləri qaldırdı - 2 manat artıq ödəyəcəyik

05.03.2026

Niyə cihaz ucuz, hissələri baha satılır? - Satış strategiyası

05.03.2026

DSMF və ABB arasında 23,5 milyonluq müqavilə

05.03.2026

AzInTelecom rəqəmsal həlləri ilə iki forumda təmsil olundu - FOTOLAR ®

05.03.2026

Azərbaycan nefti ucuzlaşıb

05.03.2026

"Apple" yeni və daha ucuz noutbuk modelini təqdim edib

05.03.2026

Avro bahalaşdı

05.03.2026

Rusiya Azərbaycanın telekommunikasiya ixracında ilk 5-likdən çıxdı

05.03.2026

Pul qazananların bildiyi 10 vacib investisiya qaydası - SƏHƏR OXUSU

05.03.2026

ASCO sədrindən tapşırıq - Qohumlar bir yerdə işləyə bilməyəcəklər

04.03.2026

"Azərşəkər"in gəliri məlum oldu

04.03.2026

Məzənnə

Yüklənir...