Redaktor
Həyatınıza uyğun yeni işi necə tapa bilərsiz?
İdeal olaraq, işiniz həyatınıza dəstək olmalıdır — onu tamamilə ələ keçirməməlidir. Əgər hazırkı işiniz sizi qane etmirsə, inkişaf imkanları azdırsa və ya istədiyiniz iş–həyat balansını təmin etmirsə, deməli, sizin üçün daha uyğun bir işə keçid vaxtı gəlib. Lakin özünüzə ən münasib işi tapmaq düşündüyünüz qədər sadə olmaya bilər.
Karyera məsləhətçisi ilə görüşün
Əgər sizin üçün ideal işin nə olduğunu müəyyənləşdirməkdə çətinlik çəkirsinizsə, karyera məsləhətçisinə müraciət edin. O, bacarıqlarınıza uyğun peşələri müəyyənləşdirməyə, həmçinin istədiyiniz həyat tərzini təmin edəcək və sizi yormayacaq iş istiqamətlərini göstərməyə kömək edəcək.
Planlı olun
İş axtarışına başlamazdan əvvəl görüləcək işlərin siyahısını hazırlayın və hər addım üçün son tarixlər təyin edin. Bu, müraciət vaxtı çatanda tam hazır olmağınıza kömək edəcək.
Daxil olmaq istədiyiniz sahəni araşdırın
Əgər məqsədiniz yeni bir sahəyə keçiddirsə, araşdırmaya vaxt ayırmalısınız.
MJW Careers şirkətinin prezidenti Matthew Warzel belə məsləhət verir:
“Sektorun necə işlədiyini, şirkətlərin hansı xidmətləri göstərdiyini, bu sahədə mövcud olan iş növlərini araşdırın. Google News, Google Alerts, Salary.com, Glassdoor, Indeed və LinkedIn kimi mənbələr araşdırma üçün əvəzolunmazdır.”
Şəxsi əlaqə şəbəkənizdən istifadə edin
EBR Consulting-in qurucusu və HR mütəxəssisi Krystal Yates deyir:
“Bu gün iş axtaranlar üçün ən güclü alət — şəbəkələşmədir. Bu, göründüyü qədər çətin deyil. Köhnə əlaqələri yeniləyin, insanlar harada işlədiklərini və nə ilə məşğul olduqlarını öyrənin. Onlara necə kömək edə biləcəyinizi soruşun və edin. Vaxtı gələndə kimin sizə dəstək ola biləcəyini daha yaxşı biləcəksiniz.”
Kadr agentlikləri ilə əlaqə yaradın
Peşəkar agentliklər iş axtarışında sizin üçün dəyərli mənbə ola bilər.
Tənzilə Ağabalayeva