Heç kimin almadığı ən yaxşı 10 avtomobil -

Redaktor

01.12.2025 16:53
179

Heç kimin almadığı ən yaxşı 10 avtomobil - SİYAHI

Avtomobil bazarında həmişə güclü rəqabət hökm sürüb. Çin istehsalçılarının meydana çıxması ilə isə seçim daha da genişlənib. Bu isə elə bir vəziyyət yaradıb ki, hətta məşhur brendlərin çox yaxşı modelləri belə tələb olunan marağı görmür.

Valyuta.az xəbər verir ki,  “Topspeed” portalı açıq mənbələrdə mövcud olan satış məlumatlarını təhlil edərək, əslində alıcıların diqqətindən əsassız şəkildə kənarda qalan ən az satılan 10 avtomobilin siyahısını tərtib edib. Siyahı belədir:

"Mini Hard-Top 2-Door":  Bazarda kompakt şəhər avtomobillərinə tələbat olsa da, bu model öz alıcısını tapa bilməyib. Maşın əsasən darlığı və qeyri-praktikliyi səbəbindən tənqid olunur.

"Jeep Compass": Kompakt krossover seqmentində rəqabət çox böyükdür və müştərinin ehtiyacından asılı olaraq model üçün həmişə daha yaxşı alternativ tapmaq mümkündür.

"Mercedes-Benz SL":  “Mercedes”in model xəttində uzunömürlü modellərdən biridir. Lakin bu avtomobil, eləcə də brendin digər məhsulları bir problemə görə əziyyət çəkir – olduqca yüksək qiymət.

"Nissan Versa Sedan": Ən əsas texnologiyaları təklif edən yaxşı büdcə avtomobilidir. Amma bəzən bazis komplektasiya hamının ehtiyacına cavab vermir. Xüsusən də bir qədər əlavə ödəniş etməklə daha təkmil model əldə etmək mümkün olduğu halda.

"Ford Mustang": Son illərdə “Ford Mustang” satışlarında tənəzzül müşahidə olunur. Əsas səbəb qiymətdir.

"Volvo XC90": BMW və “Lexus” kimi rəqiblərin geniş reklam fonunda diqqətdən kənarda qalan premium seqmentin gizli incisi.

"Audi A6": Bu modelin əsas problemi bazarda ümumilikdə lüks sedanlara marağın azalmasıdır.

"Audi A4": Son illər modelin populyarlığının zəifləməsi etibarlılıqla bağlı problemlər və digər çətinliklərlə əlaqələndirilir. Bundan başqa, BMW və “Mercedes-Benz” kimi alman istehsalçılarının daimi uğuru da öz təsirini göstərib.

"Maserati Grecale": Şirkətin SUV bazarına çıxmaq cəhdi, görünür, bir qədər gecikmiş addımdır. Bu “pasta” çoxdan bölünüb və “Maserati” üçün artıq yer qalmayıb.

"Jaguar F-PACE": Bu avtomobildə, əslində, hər şey qaydasındadır. Alıcıların nədən onu bəyənmədiyi isə hələ də sirr olaraq qalır.

Paşa Məmmədli

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...