Redaktor
Hansı sahələrdə maaşlar daha tez artır?
İnsanların ən çox axtardığı suallardan biri budur: Harada çalışmağım mənə daha tez qazandırar? Bugünkü əmək bazarında maaş artımları təsadüf deyil, bəzi sahələr ildən-ilə sürətlə yüksəlir, bəziləri isə yerində sayır. Bəs niyə?
Bəs hansı sahələrdə maaşlar daha tez artır?
İqtisadçı Eldəniz Əmirov Valyuta.az-a bildirir ki, ilk növbədə qeyd etmək lazımdır ki, hansısa sahədə əməkhaqqının artması üçün birbaşa həmin peşələrə olan tələbatın artması — yəni kadr çatışmazlığının yaranması — vacibdir: "Başqa sözlə desək, əgər bir sahədə işçi azdırsa, maaşlar avtomatik olaraq qalxa bilər. Bundan əlavə, kadr çatışmazlığı olmasa belə, həmin sahədə gəlirlərin artması da əməkhaqqının yüksəlməsinə səbəb ola bilər. Eyni zamanda, dövlət investisiya layihələrinin bir istiqamətdə artması da maaşların artırılmasına təkan verə bilər".
"Bu amilləri nəzərə alaraq düşünürəm ki, hazırda İT və rəqəmsal texnologiyalar, tibbi xidmətlər və bəzi dar ixtisaslı sahələrdə kadr çatışmazlığı mövcuddur və bu səbəbdən maaşlarda artım müşahidə olunur. Bundan əlavə, korporativ tələbat artdıqda — məsələn maliyyə və bank sektoru, logistika, tikinti və infrastruktur layihələri istiqamətində — maaşların yüksəlməsi də proqnozlaşdırılır" - deyə iqtisadçı bildirir.

Tənzilə Ağabalayeva