Redaktor
Günay İmanzadə: "Bizim startapımız daha çox xarici bazarda satış edir"
"Bizim startapımız daha çox xarici bazarda satış edir. Əsas gəlir mənbəyimiz Çindəndir. Afrikanın bəzi regionlarında da müəyyən bir qrumlarla əməkdaşlıq etməkdəyik".
Valyuta.az xəbər verir ki, bunu "Metatesk" şirkətinin təsisçisi və direktoru Günay İmanzadə “Qadın Sahibkarlığının İnkişafı Sammiti 2025”-də çıxışı zamanı deyib.
G.İmanzadə startapının gələcəklə bağlı planlarının çox olduğunu bildirir:
"Bizim ən əsas məqsədimiz Azərbaycanın ən öndə gedən startaplarından birinə çevrilməkdir. İnkişafımız boyunca daha çox gənclərlə və uşaqlarla innovasiya texnologiyaları sahəsində onların inkişafına bacardığımız qədər dəstək göstərməyə çalışırıq. Çünki onlar gələcəkdə hər hansı bir startap və ya innovativ məhsul yaradaraq ölkəmizin adını dünyada tanıda bilsinlər".
Tənzilə Ağabalayeva