“Gravis Robotics” 23 milyon dollar investisiya alıb

Redaktor

01.12.2025 13:42
141

“Gravis Robotics” 23 milyon dollar investisiya alıb

İsveçrədə fəaliyyət göstərən və otonom iş texnologiyaları sahəsində ixtisaslaşan “Gravis Robotics” 23 milyon dollar dəyərində investisiya turunu uğurla başa çatdırıb.

Valyuta.az xəbər verir ki, şirkətin açıqlamasına görə, cəlb edilən sərmayə qlobal genişlənməni sürətləndirmək, komandanı böyütmək, tərəfdaşlıq şəbəkəsini genişləndirmək və texnologiyanı inkişaf etdirmək məqsədilə istifadə olunacaq.

“Gravis Robotics” 2022-ci ildə Rayan Luk Cons, Dominik Yud və Marko Hutter tərəfindən təsis edilib. Şirkət ağır iş texnikalarını süni intellekt və qabaqcıl sensor texnologiyaları ilə təchiz edərək onları otonom robotlara çevirir. Tikinti və mədən sahələrində istifadə olunan ekskavator, dozator və yükləyici kimi maşınlar “Gravis”in retrofit sistemi vasitəsilə otonom rejimdə işləyə bilir.

Bu sistem hidravlik sensorlar, LiDAR, kameralar və peyk əsaslı mövqeləndirmə məlumatlarından istifadə edərək maşının ətraf mühitini real vaxtda analiz edir və süni intellektə əsaslanan idarəetmə mexanizmi ilə hərəkətləri optimallaşdırır.

Texnologiya maşınlara xəndək qazma, torpaq işləmə və material daşıma kimi işləri yüksək dəqiqlik və məhsuldarlıqla yerinə yetirməyə imkan verir. “Gravis”in planşet əsaslı interfeysi operatorlara otonom və manuel idarəetmə rejimləri arasında rahat keçid imkanı yaradır və iş axınını təkmilləşdirir. Şirkətin həlləri məhsuldarlığı 30 faiz artırır, əməyin təhlükəsizliyini gücləndirir və təkrar iş hallarının qarşısını alır.

Hazırda “Gravis Robotics” Birləşmiş Krallıq, ABŞ, Avropa, Latın Amerikası və Asiyada fəaliyyət göstərir. Şirkət “Holcim”, “Taylor Woodrow” və “HD Hyundai” kimi sənaye liderləri ilə tərəfdaşlıq quraraq texnologiyasını yayır. Eyni zamanda otonom texnikaların icarəsi bazarına daxil olaraq bu avadanlıqları müştərilərə icarə əsasında təqdim edir.

Mayya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...