Redaktor
Dövlət və özəl bankların kredit qoyuluşu artıb
Bu ilin oktyabr ayında Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşunun həcmi 31 169,4 milyard manat təşkil edib.
Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici keçən ilin eyni dövrünə nisbətən 2 390,2 milyard manat və ya 8,3 % artım deməkdir. Qeyd edək ki, ötən ilin oktyabrında kredit qoyuluşu 28 779,2 milyard manat idi.
Hesabat dövründə kredit qoyuluşunun 7 561,5 milyard manatı dövlət banklarının payına düşüb ki, bu da keçən ilki göstəriciyə nisbətən 551 milyon manat, yəni 7,8 % artımdır — ötən ilin eyni dövründə dövlət banklarına kredit qoyuluşu 7 010,5 milyard manat idi.
Özəl banklara kredit qoyuluşunun həcmi isə 21 842,4 milyard manat təşkil edib ki, bu da əvvəlki ilə müqayisədə 1 772,4 milyard manat, yəni 8,8 % artım deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 20 070,0 milyard manat idi.
Tənzilə Ağabalayeva