"Buluttan" 1 milyon dollar investisiya alıb

Redaktor

24.12.2025 12:51
139

"Buluttan" 1 milyon dollar investisiya alıb

Türkiyənin "Buluttan" startapı “Arya VC” və “APY Ventures”ın idarə etdiyi “İvedik GSYF”nin iştirak etdiyi investisiya turunda 1 milyon dollar maliyyə cəlb edib.

Valyuta.az xəbər verir ki, süni intellekt əsaslı hava kəşfiyyatı həlləri hazırlayan şirkət, bu investisiya ilə birlikdə 2024-cü ildə “ScaleX”, Cem Sibay, Kamil Sözen və Kerim Kotanın iştirakı ilə aldığı 1 milyon dollarlıq pre-seed mərhələsini də nəzərə almaqla, ümumilikdə 2 milyon dollar həcmində maliyyə təmin edib.

2022-ci ildə Güvən Bölükbaşı, Gökmən Güvən və Mehmet Kıral tərəfindən təsis edilən şirkət məkana xas, yüksək zaman və coğrafi dəqiqliyə malik rəqəmsal hava proqnozları, eləcə də süni intellekt modelləri hazırlayır. Bu həllər hava şəraitinin əməliyyat proseslərinə birbaşa təsir göstərdiyi sahələrdə qərar qəbuletmə mexanizmlərində istifadə olunur.

Şirkətin SaaS əsaslı hava kəşfiyyatı məhsulları hava, quru və dəniz nəqliyyatı ilə bağlı logistika əməliyyatlarında qərar dəstək sistemləri təqdim edir. Bərpa olunan enerji sahəsində isə külək, günəş və hidroelektrik stansiyaları üçün istehsal proqnozları, həmçinin enerji bazarına yönəlik analitik alətlər təmin olunur.

Bununla yanaşı, şirkət Avropada əsas süni intellekt atmosfer modeli hazırlamağı hədəfləyən və geniş meteorologiya ekosistemini bir araya gətirən “Horizon WeatherGenerator” konsorsiumunun üzvüdür. Bu çərçivədə Avropanın aparıcı milli meteorologiya qurumları ilə birgə fəaliyyət göstərir.

Cəlb edilən yeni investisiya Türkiyədə böyümənin sürətləndirilməsi, eləcə də Avropa və Yaxın Şərq bazarlarında fəaliyyətin genişləndirilməsi üçün istifadə olunacaq.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Bir ildə 5,4 milyonluq sifariş alan sirli “Avtoyoltikintiservis” kimindir?

24.12.2025

Avstraliya Amerika şirkətinə 1,2 milyard dollara ada satdı

24.12.2025

Ən etibarlı 10 BMW avtomobili seçildi

24.12.2025

Azərbaycanın Xorvatiyaya neft ixracından gəliri 24% azalıb

24.12.2025

"Referans"da yoxlama aparıldı, sertifikatsız fəaliyyət aşkarlandı

24.12.2025

Yaponiya şirkəti biznesini 3 milyard dollara satır

24.12.2025

"OpenAI"dan xəbərdarlıq: Al brauzerləri heç vaxt tam təhlükəsiz olmaya bilər

24.12.2025

2025-ci ilin ikinci yarısında Veysəloğlu Şirkətlər Qrupu hansı uğurlara imza atdı… ®

24.12.2025

AMB ödəniş təşkilatlarında şikayətlərin idarə edilməsinə dair araşdırma aparır

24.12.2025

Assosiasiya sədri: "Azərbaycanda mövsümün sonlarında narın qiyməti hətta 15 manata qalxır"

24.12.2025

Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ

24.12.2025

Azərbaycanda son 5 ildə hər nəfər orta hesabla nə qədər qazanıb?

24.12.2025

İki kollecə direktor müavini təyin edildi

24.12.2025

"Binance" 5 kripto spot ticarət cütünü siyahıdan çıxarır

24.12.2025

Prezident və xanımı Xankəndidə açılışda - FOTOLAR

24.12.2025

Ödənişli atalıq məzuniyyəti necə hesablanacaq?

24.12.2025

İş yerini məhkəməyə vermək işçinin karyerasına təsir edir?

24.12.2025

Bu il kriptovalyuta bazarında rekord oğurluq - Arxasında bu ölkənin hakerləri dayanır

24.12.2025

Çin daha bir 100 milyon tonluq neft yatağı kəşf edib

24.12.2025

Uorren Baffetin ən uğurlu 5 investisiyası

24.12.2025

Məzənnə

Yüklənir...