Redaktor
Buğda idxalı neçəyə başa gəlib?
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana 1 milyon 009 min 614,31 ton buğda idxal edilib.
Valyuta.az xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 60 min 798,96 ton və ya 6,40% artım deməkdir. Ötən ilin müvafiq dövründə buğda idxalının həcmi 948 min 815,35 ton təşkil edib.
Buğda idxalına çəkilən xərcdə də artım qeydə alınıb. Belə ki, cari ilin ilk 10 ayında bu məqsədlə 217 milyon 690,62 min ABŞ dolları xərclənib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12 milyon 263,04 min ABŞ dolları və ya 5,96% çoxdur.
Ötən ilin eyni dövründə bu göstərici 205 milyon 427,58 min ABŞ dolları olub.
Buğda idxalının ümumi idxalda payı 1,13% təşkil edib.
Sərvanə Rəmixanova