Redaktor
Bu il xaricdən az alıb, çox ödəmişik
Cari ilin ilk 10 ayında şokolad və şokolad məhsullarının idxalında azalma olub.
Valyuta.az xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında 22 min 983,9 tonluq şokolad və şokolad məhsulları idxal olunub.
Ötən ilin eyni dövründə isə sözügedən məhsulun idxal dəyəri 23 min 597,1 ton olub.
Beləliklə, illik müqayisədə şokolad və şokolad məhsullarının idxalında 613,2 ton və ya 2,59% azalma olub.
Lakin sözügedən dövrdə şokolad və şokolad məhsullarının idxal dəyərində 13 milyon 888,7 min ABŞ dolları dəyərində və ya 16,03% artım olub.
Cari ilin ilk 10 ayında 100 milyon 520 min ABŞ dolları dəyərində məhsul idxal olunub ki, ötən ilin eyni dövründə bu məhsulların idxalı üçün 86 milyon 631,3 min ABŞ dolları dəyərində xərc çəkilib.
Sərvanə Rəmixanova