Redaktor
BP "Castrol"un nəzarət paketini "Stonepeak"ə satmağa yaxındır
BP Castrol yağlama məhsulları biznesindəki 65% payını ABŞ-ın investisiya şirkəti Stonepeak-ə satmağa yaxındır.
Valyuta.az xəbər verir ki, razılaşmaya əsasən, BP bu əməliyyatdan təxminən 6 milyard dollar gəlir əldə edəcək. Borclar da nəzərə alınmaqla Castrol-un ümumi dəyəri təxminən 10 milyard dollar olaraq qiymətləndirilir. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir, lakin razılaşma gecikə və ya baş tutmaya da bilər.
Bu satış BP üçün indiyədək ən böyük aktiv satışı olacaq. Şirkət əsas neft-qaz fəaliyyətinə yenidən fokuslanaraq 2027-ci ilə qədər 20 milyard dollarlıq aktiv satışını hədəfləyir.
Qeyd edək ki, Castrol 150-dən çox ölkədə fəaliyyət göstərir. Təxminən 80 milyard dollarlıq aktiv idarə edən "Stonepeak" isə enerji sektorundakı mövqeyini genişləndirir.