Birbank-la NFC ödənişləri tezliklə "Baku Bus"da: SINAQ mərhələsi başladı

Redaktor

20.12.2025 11:57
134

Birbank-la NFC ödənişləri tezliklə "Baku Bus"da: SINAQ mərhələsi başladı ®

Birbank-ın təşəbbüskarlığı və texnoloji dəstəyi ilə ölkənin ictimai nəqliyyat sistemində yeniliklərin tətbiqi davam edir. Belə ki, BakıKart-la birgə həyata keçirilən layihə çərçivəsində artıq vətəndaşlar Bakı Metropoliteni ilə yanaşı, şəhərdaxili marşrut avtobuslarında da gediş haqqını istənilən yerli banka məxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə ödəyə biləcəklər.

Valyuta.az xəbər verir ki, yenilik ilk olaraq 500 nömrəli marşrut xəttində aktivləşdirilib və hazırda sistem real istismar şəraitində sınaqdan keçirilir.

Test mərhələsinin ardından təməssız (NFC) ödənişləri ən qısa zamanda mərhələli şəkildə digər "BakuBus" marşrut xətlərinə də tətbiq ediləcək. Bu texnologiyanın digər daşıyıcı operatorlar üzrə də genişləndirilməsi planlaşdırılır.

Yenilik təkcə Kapital Bank müştərilərini deyil, bütün bank sektorunu əhatə edir və digər bankların müştəriləri üçün də təmassız ödəniş imkanı yaradır. Həmçinin, yeni sistem "Apple Pay", "Google Pay" ödəniş sistemləri ilə yanaşı, "Birbank", "BakıKart" və "m10" ödənişlərini dəstəkləməyə davam edir. Bu isə müştərilərə seçim azadlığı və rahatlıq təqdim edir.

Xatırladaq ki, Birbank və BakıKart-ın birgə əməkdaşlığı ilə daha öncə də ictimai nəqliyyatda vətəndaşlar üçün QR ödəniş imkanı yaradılıb. Sistemin tətbiqi nəticəsində Birbank mobil tətbiqində yaradılan QR bilet vasitəsilə paytaxt Bakı və Abşeron ərazisində metro və avtobuslardan istifadə edən sərnişinlər gediş haqlarını fiziki kart olmadan asanlıqla ödəyə bilirlər. Həmçinin, ötən aydan etibarən şəhər sakinləri metro gedişlərini istənilən yerli banka məxsus təmassız ödənişi dəstəkləyən (NFC) bank kartları ilə həyata keçirirlər.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 50 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanla Monteneqro arasında birbaşa uçuşlar gözlənilir

20.12.2025

Patent almadan ixtirasını dünyaya təqdim edən mühəndis

20.12.2025

Bazar gününün hava proqnozu

20.12.2025

Birbank-la NFC ödənişləri tezliklə "Baku Bus"da: SINAQ mərhələsi başladı ®

20.12.2025

Avtobuslarda NFC-ni dəstəkləyən bank kartları ilə ödənişin tətbiqinə başlanılır

20.12.2025

Qoşqar Təhməzlinin təsis etdiyi şirkətə 865 min manatlıq sifariş

20.12.2025

Ən çox orta aylıq əməkhaqqı bu rayonlarda verilir - SİYAHI

20.12.2025

ABŞ “qızıl kart” satışından 1,3 milyard dollar gəlir qazanıb

20.12.2025

Neftimizin qiyməti 64 dolları keçib

20.12.2025

Binaların dağılmadan qorunması ilə bağlı yeni qayda mənzillərin qiymətinə necə təsir edəcək?

20.12.2025

Kasıb ailədən qlobal media imperiyasına - SƏHƏR OXUSU

20.12.2025

Yeni ildə harada əylənmək olar?

19.12.2025

Roblox: sadə ideyadan 60 milyard dollarlıq qlobal platformaya gedən yol

19.12.2025

“Zoom”u 41 yaşında quran mühəndisin hekayəsi

19.12.2025

“Fitch” 2028-ci ilə qədər Azərbaycanın beynəlxalq ehtiyatları ilə bağlı proqnozunu təqdim edib

19.12.2025

Bankların mənfəət vergisi ödənişləri 13% artıb

19.12.2025

"Microsoft" şərt qoyub: Ya süni intellektə qoşulun, ya da işdən çıxın!

19.12.2025
Osman Gündüz: İRİA rəhbərliyi əvvəlki səhvləri davam etdirir

Osman Gündüz: İRİA rəhbərliyi əvvəlki səhvləri davam etdirir

19.12.2025

"YouTube"da qlobal nasazlıq baş verdi

19.12.2025

Sabahdan Azərbaycanda ov mövsümü açılır

19.12.2025

Məzənnə

Yüklənir...