Redaktor
“Azərişıq” bu ərazilərdə 10 milyonluq layihəyə başlayır
“Azərişıq” regionlarda elektrik təchizatının yenidən qurulması istiqamətində növbəti layihəyə start verir.
Valyuta.az xəbər verir ki, bu məqsədlə qurum “Şans Construction” MMC ilə əməkdaşlığa başlayıb.
Yeni layihə Ağdərə və Xocalı rayonlarının bir neçə yaşayış məntəqəsini əhatə edir. Ağdərənin Aşağı Oratağ, Çapar və Dəmirli, Xocalının isə Təzəbinə, Seyidbəyli, Daşbulaq, Badara, Xanyurdu və Ballıca kəndlərində elektrik infrastrukturunun yenilənməsi nəzərdə tutulur.
Həyata keçiriləcək işlər çərçivəsində həm daxili, həm də xarici elektrik şəbəkələri tam şəkildə yenidən qurulacaq.
Layihənin ümumi dəyəri 10 milyon 886 min 611 manat 99 qəpikdir.
Mayya Hüseynova