Redaktor
Azərbaycanın bu rayonlarında neft axtarılacaq
SOCAR ilə Macarıstanın “MOL Group” şirkəti arasında Azərbaycanın Şamaxı-Qobustan sahəsində kəşfiyyat və hasilat üzrə pay bölgüsü sazişi imzalanıb.
Valyuta.az xəbər verir ki, sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “MOL Group”un İdarə Heyətinin sədri və baş icraçı direktoru Jolt Hernadi imzalayıblar.
Layihənin operatoru olan “MOL Group” birgə kəşfiyyat layihəsində 65 faiz, SOCAR isə 35 faiz paya malikdir. Layihə çərçivəsində seysmik tədqiqatların 2026-cı ilin əvvəlində başlanması, daha sonrakı mərhələdə isə qazma işlərinin aparılması planlaşdırılır.
Qeyd edək ki, cari il iyunun 3-də “Bakı Enerji Həftəsi” çərçivəsində SOCAR ilə “MOL Group” şirkəti arasında imzalanan Əsas Şərtlər Sazişindən sonra bu tam razılaşdırılmış sənəd iki şirkət arasında əvvəlki uğurlu əməkdaşlıq üzərində qurulan strateji tərəfdaşlıqda mühüm mərhələdir.
Xatırladaq ki, “MOL Group” şirkəti Azərbaycan bazarına 2020-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında 9,57 faiz pay və xam nefti Ceyhan limanına nəql edən “Bakı-Tbilisi-Ceyhan” boru kəmərində 8,9 faiz effektiv pay əldə etməklə daxil olub.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Bibiheybət" Gəmi Təmiri Zavodunun portfeli "Bakı Gəmiqayırma Zavodu"na ötürülür
17.12.2025“Binance” Azərbaycanda rəqəmsal maliyyə sahəsində təhsil təşəbbüslərini gücləndirir
17.12.2025DGK “Biləsuvar” gömrük postunda yaranan gecikməyə münasibət bildirib
17.12.2025Bu ölkə ildə 4 dəfə vətəndaşlarına 200 dollar verəcək - Dünyada ilk dəfə
17.12.2025
Fəaliyyətini dayandıran şirkətlərin bazara qayıtması niyə çətin olur?
17.12.2025Bakı limanında 3 milyonu aradan çıxardılar
17.12.2025Azərbaycanın bu rayonlarında neft axtarılacaq
17.12.2025Siqaret qaçaqmalçılığı: Gəmi kapitanı və daha iki nəfər həbs edildi
17.12.2025Bulvar idarəsinin sabiq sədri məhkəmə istintaqının tez yekunlaşmasını xahiş edib
17.12.2025Bu il Azərbaycanda 1400-dən çox xarici investisiyalı şirkət qeydiyyatdan keçib
17.12.2025Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr - Siyahı
17.12.20252026-cı ildə tətili üçün üçün Avropanın ən ucuz 10 şəhəri - SİYAHI
17.12.2025
Süni intellekt inqilab vəd edirdi, amma...
17.12.2025Sabah hava yağmursuz olacaq
17.12.2025Kibertəhlükəsizlik reytinqi: Al hücumları və NFC təhdidləri daha aktivləşir
17.12.2025