Redaktor
"Bibiheybət" Gəmi Təmiri Zavodunun portfeli "Bakı Gəmiqayırma Zavodu"na ötürülür
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Bibiheybət" Gəmi Təmiri Zavodunun portfelinin "Bakı Gəmiqayırma Zavodu" MMC-yə (BGZ) ötürülməsinə qərar verilib.
Valyuta.az bu barədə ASCO-ya istinadən xəbər verir.
Məlumata görə son illərdə faydalı istismar müddətini başa vurduğundan və bununla müştərisi olmadığından bir sıra gəmilər istismardan çıxarılıb. Mütəmadi şəkildə aparılan qiymətləndirməyə uyğun olaraq, köhnə gəmilərin istismardan çıxarılması səbəbilə balansda olan gəmi sayının əvvəlki illərə nisbətən aşağı düşəcəyi gözlənilir. Optimal gəmi sayı üçün tələb olunan təmir işlərinin həcmi ASCO-nun strukturunda olan gəmi təmiri zavodlarının da optimallaşdırılmasını zəruri edir.
Eyni zamanda, hazırda dövlətə məxsus 3 gəmi təmiri və tikintisi zavodunun fəaliyyət göstərməsi, bu zavodların əsas sifarişçisinin ASCO olması gəmi təmiri xidmətinin optimallaşdırılmasına hər 3 zavod prizmasından baxılmasına zərurət yaradır. Bununla əlaqədar, uzunmüddətli gəmi təmiri tələbatı təhlil olunub və bu tələbatın qarşılanması imkanları qiymətləndirilib. Təhlil və qiymətləndirmələr nəticəsində gəmi təmiri tələbatının qarşılanması üçün 2 zavodun kifayət edəcəyi müəyyən olunub.
"Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun son illər daha çox investisiya qoymaqla texniki vəziyyətinin yaxşılaşdırılması və istehsalatın modernləşdirilməsi, "Bibiheybət" Gəmi Təmiri Zavodunda (GTZ) isə bundan sonra əlavə kapital qoyuluşlarına ehtiyacın olması, bunlarla yanaşı ölkədə təmir-tikinti işlərini təmin edə bilən BGZ kimi müasir zavodun mövcudluğu nəzərə alınaraq, "Bibiheybət" GTZ-nin təmir portfelinin BGZ-yə köçürülməsi/relokasiyası optimal təklif kimi müəyyən olunub.
Təbii ki, bu proses zamanı zavodda çalışan əməkdaşlarımızın hüquqları və mövcud iş yerləri tam nəzərə alınacaq, onlara uyğun imkanlar yaradılacaq. Bununla bağlı ASCO rəhbərliyi də işçilərlə görüş keçirib, onların narahatlıqlarını dinləyib və diqqətlərinə çatdırıb ki, heç bir işçi bu proses zamanı ixtisara məruz qalmayacaq, hər bir addım şəffaf şəkildə həyata keçiriləcək".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərƏmlakın yanğından və digər risklərdən sığortası üzrə ödənişlər azalıb
17.12.2025Çin çip istehsalçısı ilk ticarət günündə 690 faiz artım göstərdi
17.12.2025İKZF-nin 68 milyonluq mənzil aldığı "Maksimus" MKT kimindir?
17.12.2025Bir Bonus lotereyasının qalibləri bəlli oldu ®
17.12.2025Baş nazirdən beynəlxalq ikili diplomla bağlı sərəncam
17.12.2025Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
17.12.2025"Bibiheybət" Gəmi Təmiri Zavodunun portfeli "Bakı Gəmiqayırma Zavodu"na ötürülür
17.12.2025“Binance” Azərbaycanda rəqəmsal maliyyə sahəsində təhsil təşəbbüslərini gücləndirir
17.12.2025DGK “Biləsuvar” gömrük postunda yaranan gecikməyə münasibət bildirib
17.12.2025Bu ölkə ildə 4 dəfə vətəndaşlarına 200 dollar verəcək
17.12.2025
Fəaliyyətini dayandıran şirkətlərin bazara qayıtması niyə çətin olur?
17.12.2025Bakı limanında 3 milyonu aradan çıxardılar
17.12.2025Azərbaycanın bu rayonlarında neft axtarılacaq
17.12.2025Siqaret qaçaqmalçılığı: Gəmi kapitanı və daha iki nəfər həbs edildi
17.12.2025Bulvar idarəsinin sabiq sədri məhkəmə istintaqının tez yekunlaşmasını xahiş edib
17.12.2025Bu il Azərbaycanda 1400-dən çox xarici investisiyalı şirkət qeydiyyatdan keçib
17.12.2025Azərbaycanın ticarət dövriyyəsində əsas ölkələr - Siyahı
17.12.20252026-cı ildə tətili üçün üçün Avropanın ən ucuz 10 şəhəri - SİYAHI
17.12.2025