Azərbaycanda xarici şirkətə məxsus avtomobillər 10 faiz endirimlə hərraca çıxarılır

Redaktor

24.11.2025 10:56
227

Azərbaycanda xarici şirkətə məxsus avtomobillər 10 faiz endirimlə hərraca çıxarılır

24 dekabr tarixində “BOS Shelf İnternational FZCO” şirkətinin Azərbaycan Respublikasındakı filialına məxsus 84 ədəd nəqliyyat vasitəsi ikinci dəfə olmaqla 10 faiz endirimlə açıq hərraca çıxarılacaq.

Valyuta.az xəbər verir ki, hərraca çıxarılan avtomobillər əsasən 2014-cü il buraxılışıdır.

Onlar arasında “Hyundai Santa Fe”, “Toyota Prado”, “Toyota LC 200” və “Audi A6” modelləri yer alır. “Hyundai Santa Fe” modellərinin ilkin satış qiymətləri 14 109,30 manatdan başlayaraq 21 862,80 manata qədər dəyişir. “Toyota Prado” avtomobilləri 27 162,00 - 37 101,60 manat, “Toyota LC 200” modelləri isə 39 042,00 - 45 934,20 manat aralığında təklif olunur. “Audi A6” markalı avtomobilin ilkin satış qiyməti 19 963,80 manatdır. Satış şərtlərinə əsasən, hər bir nəqliyyat vasitəsi üçün müəyyən olunmuş qiymətin 10 faizi qədər beh əvvəlcədən ödənilməlidir.

Hərracda iştirak etmək istəyən hüquqi şəxslər təsis sənədlərinin notarial qaydada təsdiqlənmiş surətlərini, fiziki şəxslər isə şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etməlidirlər. Əgər hərracda nümayəndə vasitəsilə iştirak ediləcəksə, etibarnamə təqdim olunmalıdır. Bundan əlavə, “BOS Shelf İnternational FZCO” şirkətinin hesabına behin köçürüldüyünü təsdiqləyən ödəniş sənədi də təqdim olunmalıdır. Sənədlər ən geci hərracın başlanmasına üç bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim edilməlidir.

Nəqliyyat vasitələrinə baxış imkanları hərracın keçirilməsinə qədər hər həftənin cümə günü saat 14:00-dan 16:00-dək təşkil olunur. 

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...