Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq - Dövlət Vergi Xidməti

Redaktor

28.11.2025 11:32
225

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq - Dövlət Vergi Xidməti

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti sosial sığorta haqlarının dərəcələrinə dəyişikliklər edilməsini şərh edib.

Valyuta.az xəbər verir ki, Xidmətin yaydığı məlumatda bildirilir:

Məlum olduğu kimi, fərdi sahibkarların sosial sığorta haqlarının mövcud dərəcələrlə hesablanması müddəti 1 yanvar 2026-cı il tarixdə bitir. Bundan irəli gələrək “Sosial sığorta haqqında” Qanuna dəyişiklik edilməsi təklif olunur.

Belə ki, mövcud qanuna əsasən, fərdi sahibkarlar özünə görə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə (yəni ticarət, iaşə, tərcümə, mühasibat və s. xidmət sahələri) 25 faizi miqdarında sosial sığorta haqları ödəyirlər. Həmçinin regionlar üzrə əmsallar tətbiq edilir (Bakı şəhərində 100 faiz, Sumqayıt və Gəncə şəhərlərində 90 faiz, digər şəhərlərdə 80 faiz, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faiz, kənd yerlərində 50 faiz miqdarında).

Növbəti ildən qanunvericiliyə dəyişiklik edilməyəcəyi halda fəaliyyət göstərdikləri sahələrdən asılı olaraq fərdi sahibkarların sosial sığorta yükü artmalı idi. Lakin “Sosial sığorta haqqında” Qanuna təklif edilən dəyişikliyə əsasən, fərdi sahibkarlar gələn ildən sosial sığorta haqlarını dövriyyədən 2% dərəcə ilə ödəyəcəklər. Bu zaman sığorta haqqının minimum məbləğ həddi minimum əmək haqqının 15 faizi, yəni 60 manat, maksimum məbləğ həddi  isə minimum əmək haqqının 1 misli, yəni 400 manat təşkil edəcək.  

Dəyişikliyi nümunələrlə izah edək.

Bakı şəhərində ticarət sahəsində fəaliyyət göstərən, aylıq gəliri 5000 manat olan mikro sahibkarın ödədiyi aylıq sosial sığorta haqqı mövcud qanunvericiliyə görə 100 manat təşkil edirsə, qanuna dəyişiklik edilməyəcəyi halda bu məbləğ 2 dəfə çox, yəni 200 manat olacaq. Lakin təklif olunan yeni modelə görə, aylıq gəlirə 2 faiz dərəcə tətbiq etməklə hesablanacaq sosial sığorta haqqı (100 manat) mövcud sosial sığorta yükü ilə eyni olacaq. Eyni sahədə aylıq gəliri 3500 manat olan mikro sahibkar üzrə aylıq sosial sığorta haqqı 100 manatdan 70 manata enəcək.

Bakı şəhərində xidmət sahəsində fəaliyyət göstərən aylıq gəliri 3000 manat olan mikro sahibkar üzrə sosial sığorta haqqı 100 manatdan 60 manata enəcək.  Regionlarda isə ticarət sahəsində çalışan və aylıq gəliri 1500 manat olan mikro sahibkarlar üzrə aylıq sosial sığorta haqqının 3 dəfədən çox artmasının qarşısı alınaraq məbləğ 60 manat təşkil edəcək.

Göründüyü kimi, gəlirin həcmindən asılı olmayaraq minimum əmək haqqı üzrə standart məbləğlər əvəzinə qanunvericiliyə təklif olunan yeni dəyişiklik nəticəsində aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükünün aşağı düşməsi gözlənilir.

Qeyd edək ki, fəaliyyət göstərən mikro sahibkarlıq subyektinə aid olan fərdi sahibkarların 80%-nin illik gəlirləri 60.000 manatadək olan şəxslərdir.

Eyni zamanda, fərdi sahibkarın özünə görə ödədiyi sosial sığorta haqları heç bir halda vergi deyil və onun pensiya kapitalına yığılmaqla gələcəkdə həmin şəxsə pensiya ödənilməsi üçün istifadə edilir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...