Avtomobillərin bahalaşması davam edəcək

Redaktor

29.11.2025 13:59
245

Avtomobillərin bahalaşması davam edəcək - ŞƏRH

Gələn ildən birinci əl hibrid və elektrikli avtomobillərin bahalaşacağı gözlənilir. Ekspertlərin fikrincə, qiymət artımından sonra insanlar ikinci əl avtomobil bazarına yönələcəklər. Bu da işlənmiş avtomobillərə tələbatı artıracaq.

Valyuta.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Gələn ildən Azərbaycanın avtomobil bazarında vergilərin və aksizin tətbiqi ilə bağlı yeniliklər gözlənilir. Məlum olduğu kimi, hazırda qüvvədə olan qaydalara görə, hibrid mühərrikli və elektriklə işləyən avtomobillər üçün əlavə dəyər vergisi və aksiz rüsumlarında güzəştlər tətbiq olunur. Bu imtiyazlar hibrid və elektrikli avtomobillərin bazarda daha münasib qiymətlərlə satılmasına imkan verir. Yeni ildən etibarən bu güzəştlər qüvvədən düşəcək və hibrid də, elektriklə işləyən avtomobillər də digər nəqliyyat vasitələri ilə eyni vergi rejiminə daxil ediləcək. Bununla yanaşı, idxal zamanı həm gömrük rüsumu, həm də ƏDV tətbiqi bərpa olunacaq. Güzəştlərin ləğvi artıq geniş müzakirələrə yol açıb. İndi hamını düşündürən əsas sual budur ki, güzəştlər ləğv edildikdən sonra avtomobil bazarında vəziyyət necə dəyişəcək? İnsanlar yenidən ikinci əl avtomobillərəmi yönələcəklər?

Avtomobillərin bahalaşması davam edəcək - ŞƏRH

"22 min manata olan maşınları artıq 25 minə satırlar"

Nəqliyyat eksperti Adil Nəbiyevin sözlərinə görə, bu dəyişikliklərdən sonra gələn ildən avtomobillərin qiymətlərində artım olacağı göz qabağındadır: "Hibrid avtomobillərlə bağlı hələ qərar təsdiqlənməmiş qiymətləri qaldırdılar. Hazırda əvvəlki qiymətlərlə müqayisədə avtomobillərin 2-3 min manat civarında bahalaşdığı hiss olunur. Avtomobil ticarətçiləri bu xəbərlər çıxana kimi ölkəyə 22 min manata gətirdikləri maşınları artıq 25 minə satırlar. Hətta qiymət artımı ikinci əl avtomobil bazarında da özünü göstərməkdədir. İşlənmiş avtomobillərin də qiyməti 1000-2000 manat civarında qalxıb. Elektrikli avtomobillərdə vəziyyət hələlik əvvəlki kimi qalsa da, onların da bahalaşması qaçılmazdır. Nəzərə alaq ki, hələ 2026-cı il deyil və qiymətlər qalxıbsa, bu o deməkdir ki, gələcəyə doğru qiymətlər daha da yüksələcək. 2026-cı ildən sonra isə kəskin bahalaşma gözlənilir".

A.Nəbiyevin fikrincə, indidən ikinci əl avtomobil bazarına meyillənmə mövcuddur: "İnsanların Çin maşınlarına bu qədər həvəs göstərməsinin səbəbi onların nisbətən ucuz olması idi. 30 min manata işlənmiş mexaniki avtomobili alırdısa, həmin qiymətə daha komfort Çin maşını sifariş etmək mümkün idi. Artıq bu avtomobillərin bazarı da formalaşdı. İkinci əl maşınlar bazara çıxır, alıcıları da var. Düşünürəm ki, dəyişikliklərdən sonra ikinci əl bazarına tələbat daha da artacaq. Bir neçə aydan sonra qiymətlərdə xeyli fərq olacaq. Hətta yeni avtomobillərlə ikinci əl avtomobillərin satışı bir müddət bərabər səviyyədə olacaq".

Durğunluq da aradan qalxacaq

Ekspert düşünür ki, qiymət artımından sonra ənənəvi avtomobillərin bazarı canlanacaq: "Hibrid avtomobillərin qiymətində yüksəlmə baş verdikdən sonra ənənəvi avtomobillərə də maraq arta bilər. Halbuki son vaxtlar insanların həmin avtomobillərə marağı ölmüşdü".

"Ümumi avtomobil bazarına da öz təsirini göstərəcək"

İqtisadçı-ekspert Asif İbrahimov da indidən bazarda avtomobil qiymətlərinin yüksəldiyini təsdiq edir: "Ölkəmizə sürətlə hibrid və elektromobil avtomobillər daxil oldu. Bu proses bütün dünyada gedir. Daha ucuz başa gəldiyi üçün insanlar bu avtomobillərə yönəldilər. Ölkəmizdə də həm qiymətlərinin ucuz olması, həm gətirilmə şərtlərinin asanlığı, ƏDV olmaması, rəsmi mağazalardan alarkən kredit şərtlərinin əlverişli olması bu bazarı canlandırdı. Lakin artıq yeni ildən bu avtomobillər üçün olan güzəştlər ləğv edilir. Güzəştlər hələ ləğv olunmayıb, amma qiymətlərin dəyişdiyini müşahidə edirik. İstehlakçılar artıq qiymətlərin 4-5 min civarında bahalaşdığını bildirirlər".

Avtomobillərin bahalaşması davam edəcək - ŞƏRH

A.İbrahimovun sözlərinə görə, ümumi avtomobil bazarında qiymətlər kökündən formalaşacaq: "Hibrid və elektromobillər ölkəyə gətiriləndən bəri ənənəvi avtomobil bazarında qiymət enmələri müşahidə edildi. Düşünürəm ki, güzəştlərin ləğvindən sonra onların da qiymətində müəyyən dəyişiklik baş verəcək. Bahalaşma olacağı gözlənilir. Qiymətlərin yüksəlməsi ümumi avtomobil bazarına da öz təsirini göstərəcək".

"Kredit şərtləri dəyişəcək"

İqtisadçının fikrincə, qiymətlər nə qədər artsa da, bu avtomobillərə olan tələb tamamilə azalmayacaq: "Amma düşünmürəm ki, güzəştlərin ləğvi bu avtomobillərin gətirilməsini tamamilə dayandırsın. Çünki istehlakçılar qiymətlər yüksəlsə də, komfort, ekonom olduğu üçün bu avtomobilləri seçməyə davam edəcəklər. Alıcılıq azala bilər, amma tamamilə dayanması gözlənilmir. Bu avtomobillərlə bağlı kredit şərtlərində müəyyən dəyişikliklər ola bilər".

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...