Redaktor
Aİ 2027-ci ilə qədər Rusiyadan qaz idxalını tam dayandıracaq
Avropa İttifaqı Rusiyadan qaz idxalının mərhələli şəkildə dayandırılması ilə bağlı yekun razılığa gəlib.
Valyuta.az Bloomberg-ə istinadən xəbər verir ki, razılaşmaya əsasən:
Rusiyadan LNG idxalı 2026-cı ilin sonunadək tam qadağan ediləcək.
Boru kəməri qazının idxalı 30 sentyabr 2027-dən dayandırılacaq (zəruri hallarda 1 noyabr 2027-yə qədər uzadıla bilər).
Qısamüddətli müqavilələr üzrə qadağalar:
LNG - 25 aprel 2026
Boru kəməri - 17 iyun 2026
Yeni qaz alışları 2026-cı ildən qadağan ediləcək.
Dolaylı idxalı önləmək üçün əvvəlcədən icazə rejimi tətbiq olunacaq.
Aİ rəsmiləri bu qərarı “Avropanın enerji təhlükəsizliyi üçün böyük addım” adlandırıb. Razılaşma Şura və Parlament tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Sərvanə Rəmixanova