90 nəqliyyat vasitəsi 50 faiz endirimlə satışa çıxarılır

Redaktor

25.11.2025 09:40
258

90 nəqliyyat vasitəsi 50 faiz endirimlə satışa çıxarılır - QİYMƏTLƏR

13 yanvar 2026-cı il tarixində dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin növbəti hərracı keçiriləcək. Hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə saat 10:00-da baş tutacaq.

Valyuta.az xəbər verir ki,  hərraca Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Müdafiə Nazirliyi və digər qurumlara məxsus ümumilikdə 90-dan çox nəqliyyat vasitəsi təqdim olunacaq. Satışa çıxarılan avtomobillər arasında minik, yük və sərnişin daşımaları üçün nəzərdə tutulmuş müxtəlif modellər yer alır.

Bu dəfəki hərracda təqdim olunan nəqliyyat vasitələrinin böyük bir qismi endirimli qiymətlərlə satışa çıxarılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Yerüstü Nəqliyyat Agentliyinə məxsus 29 nəqliyyat vasitəsi 5 dəfədən çox hərraca çıxarıldığı üçün 50 faiz endirimlə təqdim olunacaq. Dövlət Təhlükəsizliyi Xidmətinin balansında olan “Land Rover LR3” (2009) və “Nissan X-Trail” (2006) markalı iki minik avtomobili isə 5-ci dəfə satışa çıxarılır və həmin avtomobillərə də 50 faiz endirim tətbiq olunur. Müdafiə Nazirliyi tərəfindən təqdim edilən yük avtomobilləri, qoşqular və xüsusi təyinatlı vasitələr isə 3-cü dəfə satışa çıxarıldığı üçün 10 faiz endirimlə hərraca daxil edilib.

Hərracda ən çox nəqliyyat vasitəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən təqdim olunur. Quruma məxsus 2008 və 2009-cu illərə aid “Daewoo BC212MA” və “SAZ NP 37” markalı sərnişin avtobuslarının qiymətləri 4500 manatdan başlayaraq 6000 manatadək dəyişir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin balansında olan 2008-ci il buraxılışlı “HOWO ST3250C” markalı yük avtomobili bu dəfə 50 faiz endirimlə 12 250 manat əvəzinə 6125 manata təklif olunur.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən satışa çıxarılan 2011-ci il buraxılışlı “Nissan Maxima” 6500 manat, 2009-cu il buraxılışlı “Land Rover LR3” 10 000 manat və 2006-cı il istehsalı “Nissan X-Trail” isə 4900 manat başlanğıc qiymətlə təqdim edilir. Hər üç nəqliyyat vasitəsinə 50 faiz endirim tətbiq olunur.

Müdafiə Nazirliyinin təqdim etdiyi nəqliyyat vasitələri sırasında iri həcmli yük avtomobilləri, qoşqular və hərbi təyinatlı avtomobillər üstünlük təşkil edir. Quruma məxsus 2004-cü il buraxılışlı “KamAZ-43114” markalı yük avtomobili 64 170 manat start qiyməti ilə hərracda ən yüksək məbləğlə satışa çıxarılan nəqliyyat vasitəsidir. Eyni qurumun təqdim etdiyi 2003-cü il istehsalı “QAZ-3307” markalı yük avtomobili isə 1500 manat başlanğıc qiyməti ilə siyahıdakı ən ucuz nəqliyyat vasitəsidir.

Hərracda iştirak etmək istəyən şəxslər nəqliyyat vasitələrinin start qiymətinin 10 faizi qədər beh ödəməlidir. 

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...