69 avtomobil satışa çıxarılır: Qiymətlər 1 550 manatdan başlayır

Redaktor

21.11.2025 12:55
318

69 avtomobil satışa çıxarılır: Qiymətlər 1 550 manatdan başlayır

23 dekabr tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin təşkilatçılığı ilə müxtəlif dövlət qurumlarının balansında olan 69 nəqliyyat vasitəsi hərraca çıxarılacaq. Satışa təqdim olunan avtomobillər minik, yük və xüsusi təyinatlı kateqoriyaları əhatə edir.

Valyuta.az xəbər verir ki, тəqliyyat vasitələrinin buraxılış illəri 1989-2019-cu illər arasında dəyişir və start qiymətləri 1 550 manatdan başlayaraq 40 000 manata qədər yüksəlir.

Hərraca çıxarılan avtomobillər arasında Müdafiə Sənayesi Nazirliyinin balansında olan 1998-ci il buraxılışlı QAZ 3110 markalı nəqliyyat vasitəsi 1 550 manatla ən aşağı qiymətə təklif olunur. Ən yüksək qiymət isə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə məxsus 2013-cü il buraxılışlı Toyota LC200 üçün müəyyən edilib. Avtomobilin start qiyməti 40 000 manat təşkil edir.

Gənclər və İdman Nazirliyinin balansında olan "BMW 730Li" (2006), "BMW 730" (2011) və "QAZ" markalı avtomobillər müvafiq olaraq 8 500, 15 000, 8 600, 2 200 və 2 000 manat start qiyməti ilə satışa çıxarılıb. Fövqəladə Hallar Nazirliyi hərraca "BMW 525i", "Nissan Pathfinder", "Chevrolet Niva və Chevrolet Epica" markalı nəqliyyat vasitələri təqdim edib. Bu avtomobillərin buraxılış illəri 2006-2012 aralığında dəyişir və qiymətləri 5 200 manatdan başlayaraq 12 000 manatadək yüksəlir.

Siyəzən Rayon İcra Hakimiyyətinin təqdim etdiyi 2008-ci il buraxılışlı "Nissan Teana" 6 000, 2005-ci il "KIA Opirus" isə 3 500 manat qiymətlə hərraca çıxarılıb. "AzərTAc"ın balansında olan 2011-ci il "Hyundai Equus"un start qiyməti 9 500 manatdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin tabeliyində olan Neftçala Rayon Mərkəzi Xəstəxanası tərəfindən satışa çıxarılan "QAZ" markalı təcili yardım avtomobillərindən biri 5 000 manat qiymətlə hərraca təqdim olunub, digəri üçün qiymət göstərilməyib.

Hərracda ən çox nəqliyyat vasitəsi Maliyyə Nazirliyinin balansındadır. Nazirlik ümumilikdə 57 avtomobil təqdim edib. Onların arasında "Khazar Peugeot", "Nissan Maxima", "Chevrolet Niva", "Mitsubishi Lancer", "Daewoo Nexia", "Nissan Teana", "Chevrolet Epica" və digər modellər yer alır. Bu avtomobillərin buraxılış illəri əsasən 2005-2019-cu illər arasındadır və qiymət aralığı 2 000 manatdan 5 000 manata qədər dəyişir. Bir neçə nəqliyyat vasitəsinin buraxılış ili və ya qiyməti tam göstərilməyib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki publik hüquqi şəxsə məxsus 2014-cü il buraxılışlı "Audi A6" 19 000 manat, Gəncə Apellyasiya Məhkəməsinin təqdim etdiyi 2007-ci il "Toyota Avalon" isə 6 500 manat start qiyməti ilə satışa çıxarılıb.

Hərracda iştirak etmək istəyən şəxslər avtomobillərin start qiymətinin 10 faizi qədər məbləği beh kimi ödəməlidirlər.

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...