2025-ci ildə ən çox dəyər itirən 9 avtomobil

Redaktor

21.11.2025 23:18
351

2025-ci ildə ən çox dəyər itirən 9 avtomobil

Avtomobil almaq uzun müddətdir sürücülər üçün gözlənilən bir an olsa da, yeni avtomobillər çox baha başa gəlir və hər kəs onları ala bilmir. Belə hallarda isə böyük məbləğ yatırdığınız maşın sürətlə dəyər itirirsə, bu xüsusilə məyusedicidir. 

Valyuta.az xəbər verir ki, "iSeeCars" araşdırma platforması 2020-ci ildən gec olmayan model ilinə aid 800 min satış elanını və avtomobil qiymətlərini təhlil edib. Nəticədə 5 il ərzində ilkin dəyərinin 60%-dən çoxunu itirən 9 ən pis SUV modeli müəyyən olunub. "Slash Gear" nəşri bu vəziyyətin səbəblərini ətraflı izah edib.

Ən çox dəyər itirən SUV-lar:

1. Lincoln Navigator L – 60,3%

Böyük və lüks SUV, çoxlu elektronika və 440 at gücünə malik 3,5 litrlik V6 mühərrik. Naviqator seqmentdə ən eleqant modellərdən biridir, idarəsi rahatdır. Dəyər itirsə də, onu yatırım məqsədilə nadir hallarda alırlar.

2. Tesla Model Y – 60,4%

Adətən yüksək qiymətli avtomobillər sürətlə dəyər itirir, "Model Y" isə istisnadır. 2020-ci ildə 50 000 dollar olan tövsiyə olunan qiymət indi 40 000 dollardır. Avtonom sürüş xüsusiyyəti hələ yoxdur, lakin satışlara təsir etməyib: 2025-ci ilin ilk 9 ayında yalnız ABŞ-da 170 000 ədəd satılıb.

3. Land Rover Discovery – 60,9%

İlk nəsil "Discovery Land Rover" üçün ikonik model olub. Son nəsil artıq köhnəlmiş və innovativ deyil, "Defender" tərəfindən kölgədə qalıb. Buna görə də alıcılar üçün çox cəlbedici deyil.

4. Infiniti QX60 – 61,5%

"Infiniti" brendinin gələcəyi barədə şübhələr, brendin bağlanacağı barədə söz-söhbətlər modeli dəyərsizləşdirib. Motor performansı yeni avtomobil üçün də təsir edici deyil.

5. Audi Q7 – 61,6%

Kiçik dizayn və texnologiya yeniləmələri olsa da, ciddi modernizasiya olmadan Q7 lüks SUV segmentində rəqabət apara bilmir. Populyar olmadığı üçün qiyməti sürətlə düşür.

6. Land Rover Range Rover – 62,9%

1970-ci ildən bəri yüksək səviyyəli lüks SUV kimi tanınır. Hələ də cəlbedicidir, amma baha qiymət və etibarsızlıq alıcıları çəkindirir.

7. Cadillac Escalade ESV – 62,9%

Daha uzun şassi və geniş salon. Zəngin alıcılar yeni modellərə üstünlük verdiyi üçün "Escalade" tez dəyər itirir.

8. Tesla Model X – 63,4%

"Model Y" bazar üçün büdcə avtomobili olsa da, "Model X" daha bahalıdır və prestijli avtomobillər sinfinə daxildir. “Qartal qanadı” qapıları və geniş salonu ilə seçilir. Büdcə "Model Y"dən daha çox dəyər itirir.

9. Infiniti QX80 – 65,0%

"Infiniti" brendinin yaxşı avtomobili olsa da, segmentdə fərqlənmir. ABŞ və Avropa istehsalı rəqibləri daha cazibədar üstünlüklər təklif edir. QX80 digər lüks SUV-larla müqayisədə auditoriyanı cəlb edə bilmir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...