2025-ci ildə Avropanın ən varlı 10 monarxı

Redaktor

03.12.2025 22:23
84

2025-ci ildə Avropanın ən varlı 10 monarxı

Avropa monarxiyaları hələ də insanları valeh edir: əsrlərlə ötürülmüş taclar, dəbdəbəli saraylar, ailədən gələn nəhəng sərvətlər... eyni zamanda müasir sərmayələr, gizli holdinqlər və milyarderlərə xas maliyyə strategiyaları.

Simvolik sayılan rolların arxasında nəsillər boyunca ötürülən, peşəkar müşavirlər, vergi mütəxəssisləri və özəl bankirlər tərəfindən idarə olunan böyük sərvətlər dayanır. Bu sərvətlərin bir hissəsi ictimaiyyətə açıqdır, digərləri isə mürəkkəb ailə strukturları daxilində ciddi şəkildə gizlədilir. Nəticə olaraq, bəzi rəqəmlər həqiqətən başgicəlləndiricidir və bu siyahının birinci pilləsi sizi təəccübləndirə bilər.

Valyuta.az 2025-ci ildə Avropanın ən varlı 10 monarxını( lider) təqdim edir:

10. Belçika kralı Filipp — 40 milyon avro

2013-cü ildən taxtda olan kral Filipp təxminən 40 milyon avroya sahibdir. Bu sərvət əsasən Belçika sülaləsi tərəfindən toplanmış varidat, tarixi iqamətgahlar, kral fondları tərəfindən idarə olunan maliyyə aktivlərindən ibarətdir.

Şəxsi daşınmaz əmlak imperiyası yoxdur və sadə həyat tərzi ilə tanınır. Belçika monarxiyası Avropanın ən təvazökarlarından sayılır.

Şəxsi detal: Kral Filipp fransız, holland, ingilis və alman dillərində sərbəst danışır — çoxdilli Belçika üçün bu böyük üstünlükdür.

9. İspaniya kral ailəsi — 52 milyon avro

Casa Real-ın (kral ailəsi) şəxsi sərvəti təxminən 52 milyon avrodur. Bu sərvətə şəxsi miras qalmış əmlaklar, incəsənət kolleksiyaları, ailəvi maliyyə portfelləri daxildir. Kral VI Felip maliyyə şəffaflığını artırmaq üçün önəmli addımlar atıb, bu da onun nüfuzunu artırıb.

Şəxsi detal: Kral Felip 1992 Barselona Olimpiadasında yelkən idman növündə İspaniyanı təmsil edib.

8. Norveç kralı V Harald — 60 milyon avro

Dünyanın ən zəngin ölkələrindən birində kral olsa da, şəxsi sərvəti təxminən 60 milyon avrodur: Ailəyə məxsus daşınmaz əmlak, tarixi əşyalar və kolleksiyalar, dövlətə verilməmiş kral kolleksiyaları var. Norveçin 1,5 trilyon avroluq suveren fondu xalqın mülkiyyətindədir.

Şəxsi detal: Kral Harald da gəncliyində yelkən üzrə olimpiya iştirakçısı olub.

7. Danimarka kraliçası II Marqrete — 70 milyon avro

2024-cü ildə taxtdan imtina edən II Marqrete təxminən 70 milyon avroluq sərvətə malikdir: Ailə mülkləri (Marselisborq, Fredensborq qəsrləri), incəsənət kolleksiyaları, müəllif hüquqları, min illik tarixi mirası var.

Şəxsi detal: Marqrete fransız dilində sərbəst danışır və bəzi sənət əsərlərinə “İngahild Qratmer” təxəllüsü ilə imza atıb.

6. İsveç kralı XVI Qustav — 120 milyon avro

Sərvəti təxminən 120 milyon avrodur: Özəl mülklər (Solliden, Stenhammar), kral ailəsindən qalmış zinət əşyaları, tarixi əşyalar kolleksiyası, maliyyə yatırımları.

Şəxsi detal: Meşə və təbiətə olan sevgisi ilə tanınır, köhnə avtomobillərə də həvəsi var.

5. Niderland kralı Villem-Aleksandr — 350 milyon avro

Şəxsi sərvəti 350 milyon avrodur. Gəlir mənbələri: Avropa və Kariblərdə daşınmaz əmlak, özəl sərmayələr,“Oran-Nassau” ailəsinin tarixi varidatı.

Şəxsi detal: Uzun illər KLM aviaşirkətində sərnişin reyslərində köməkçi pilot kimi çalışıb.

4. Monako şahzadəsi II Albert — 950 milyon avro

Əsas sərvət mənbələri: Monakodakı yüksək dəyərli torpaqlar, “Société des Bains de Mer” səhmləri, nadir avtomobil kolleksiyası, prestijli yaşayış məkanları.

Şəxsi detal: Ekologiyanın fəal müdafiəçisidir, okeanların qorunması üçün fond yaradıb.

3. Lüksemburq böyük hersoqu Anri — 1,4 milyard avro

“Nasau-Veylburq” ailəsinin nəsildən-nəslə ötürülən sərvəti sayəsində böyük hersoq Anri təxminən 1,4 milyard avroya sahibdir. Bu sərvətə daxildir: Lüksemburqda nəhəng torpaq sahələri, tarixi banklara paylar, beynəlxalq sərmayələr, mədəni və tarixi varidat.

Şəxsi detal: Piyada yürüşləri və təbiətdə vaxt keçirməyi sevir.

2. Lixtenşteyn şahzadəsi Hans-Adam II — 1,5 milyard avro

Avropanın ən güclü özəl maliyyə qurumlarından biri olan “LGT Group”un sahibi olan şahzadə 1,5 milyard avroya malikdir: Bank aktivləri, lüks mülklər, mərkəzi Avropanın ən nüfuzlu incəsənət kolleksiyalarından biri, qlobal sərmayələr (texnologiya, daşınmaz əmlak, enerji).

Şəxsi detal: Monarxiyanın müasir rolu haqqında kitab yazıb, liberal və iqtisadi baxışları ilə tanınır.

1. Böyük Britaniya kralı III Çarlz — 2,2 milyard avro

Kral Çarlzın şəxsi sərvəti təxminən 2,2 milyard avrodur. Bu sərvətə daxildir: “Balmoral” qəsri (≈ 200 milyon avro), “Sandrinhem” mülkü (≈ 150 milyon avro), kənd təsərrüfatı torpaqları, şəxsi incəsənət kolleksiyaları, “Kornuoll hersoqluğu” vasitəsilə şəxsi bizneslər.

Qeyd: Bu məbləğə dövlətə məxsus aktivlər (məsələn, “Bakinhem sarayı”, “Royal Collection” və s.) daxil deyil.

Şəxsi detal: Su rəsm əsərləri çəkir və bəzilərini xeyriyyə məqsədilə satışa çıxarır.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“Vinci” startapı 46 milyon dollar investisiya alıb

05.12.2025

Azərbaycan nefti cüzi ucuzlaşıb

05.12.2025

Ermənistan Qərbi azərbaycanlıların zəngin maddi irsini məhv edib

05.12.2025

OpenAI" süni intellekti öz səhvlərini dürüst şəkildə etiraf etməyi öyrədib

05.12.2025

Avro ucuzlaşır

05.12.2025

Bu sektorda işləyənlərin sayı azalır

05.12.2025

4 sığorta şirkətinin yığımları azalıb - SİYAHI

05.12.2025

Böyük pulları tərk edən CEO-lar - SƏHƏR OXUSU

05.12.2025

Tütün istehsalçısının xarici satışları 4 milyon dollar artıb

04.12.2025

Uğurlu sahibkarlar nə edirlər və siz bu bacarıqları necə əldə edə bilərsiniz?

04.12.2025

Azərbaycanda ən az əməkhaqqı hansı rayonlardadır? - Siyahı

04.12.2025

Bu şəxlərə 2000 manat veriləcək

04.12.2025

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

04.12.2025

Qızıl üçün üç əsas ssenari - Qiymətlər necə dəyişə bilər?

04.12.2025

Kanada şirkətini aldılar, gözləniləndən 3 qat artıq qızıl tapdılar - 4 milyard dollar...

04.12.2025

İran hakerləri taktika dəyişdi - Kiberhücumlarda yeni dövr

04.12.2025

“iPhone 17” satışları rekord qırır

04.12.2025

Yasamaldakı yaşayış binasında baş verən yanğında zərərçəkən sakinlərə kirayə haqqı veriləcək

04.12.2025

Bu şirkət hər il ən yaxşı əməkdaşlarına pulsuz səyahətlər və lüks avtomobillər hədiyyə edir

04.12.2025

Dünyada dollar milyarderlərinin sayı artıb

04.12.2025

Məzənnə

Yüklənir...